Putin: Qərb orada vəsait saxlayan rusiyalı iş adamlarını qarət edib

Putin: Qərb orada vəsait saxlayan rusiyalı iş adamlarını qarət edib

Qərbin təhlükəsiz liman obrazının saxta olduğu ortaya çıxdı.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə müraciətində Qərbdəki Rusiya biznesi ilə bağlı danışarkən bildirib.

Onun sözlərinə görə, Qərbdə vəsait saxlayan rusiyalı iş adamlarını orada qarət ediblər.

Putin qeyd edib ki, sadə rusiyalıların heç birinin xarici banklarda kapitalını itirən, yaxtalarını, saraylarını itirən iş adamlarına yazığı gəlməyib.

"Böyük Rusiya bizneslərinin sahibləri xarici hökumətlərdən asılı olması ölkə üçün böyük təhlükədir. Rusiya Federasiyasının iri biznesmenləri başa düşməlidirlər ki, onlar Qərb üçün ikinci dərəcəli yad olaraq qalacaqlar, “qraf, per, mer” titulları onlara kömək etməyəcək. Sahibkarlar vətənlərinin yanında olmalıdırlar, həmvətənləri üçün çalışmalıdırlar, gələcək budur. Rusiya Federasiyasının iş adamlarının rifahının və gələcəyinin mənbələri öz vətənlərində olmalıdır, o zaman güclü, özünü təmin edən iqtisadiyyat olacaqdır", - deyə Putin vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
420 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...