ABŞ-ın “Qiyamət günü” təyyarəsi Avropaya gəldi

ABŞ-ın “Qiyamət günü” təyyarəsi Avropaya gəldi

ABŞ Hərbi Dəniz Qüvvələrinin hava komanda məntəqəsi funksiyasını yerinə yetirən “E-6B Merkuri” təyyarəsi İslandiyaya enib.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Avropadakı Komandanlığı məlumat yayıb.

“ABŞ Hərbi Dəniz Qüvvələrinin 1-ci Strateji Komandanlığına məxsus “E-6B Merkuri” bu yaxınlarda ABŞ-ın Avropa Komandanlığının məsuliyyət zonasındakı İslandiyaya enib”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, “E-6B Merkuri” ABŞ-ın hərbi strateji komandanlıq və nəzarət təyyarəsidir. Onu “Qiyamət günü” təyyarəsi də adlandırırlar.

Təyyarə qitələrarası ballistik raketlərin daşıyıcısı olan “Ohayo” sinifli strateji nüvə sualtı qayıqları ilə əlaqə yaratmaq üçün nəzərdə tutulub. Bu sualtı qayıqların hər biri 24-ə qədər nüvə başlıqlı “Trident II D5” raketi daşıya bilər.

“E-6B Merkuri” “Boinq 707-320” laynerinin bazasında hazırlanıb. Təyyarə 12.8 km hündürlüyə qalxa bilir. Uçuş məsafəsi isə 11 760 km-dir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
360 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...