Tərtərdə “Heydər Əliyev ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Umummilli Liderin anadan olmasının 100 illiyi və 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsinə dair Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına əsasən mart ayının 1-də rayon icra kakimiyyətinin təşkilatçılığı ilə şəhərin Heydər Əliyev prospektində, Mehdi Hüseynzadə, Şıxəli Qurbanov, Mahir Əsədov, küçələrində və “Sabir” parkında növbəti ağacəkmə aksiyası keşirilib.
Aksiyada rayon icra hakimiyyətinin əməkdaşları, YAP rayon təşkilatının könüllüləri, İƏD üzrə nümayəndələr və şəhər sakinləri iştirak ediblər.
Aksiya çərçivəsində 700 ədəd eldar şamı, 1000 ədəd qızılgül və 100 min ədəd həmişəyaşıl təkgöz kolu əkilib.
Aksiyada iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, təbiətin mühafizəsi, ekoloji vəziyyətin yaxşılaşdırılması xalqımızın Ümummilli Lideri Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin mühüm tərkib hissəsi olub. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Qeyd edək ki, tədbirlər planına uyğun olaraq rayonun kənd yaşayış məntəqələrində də ağacəkmə aksiyasına start verilib.
667 dəfə oxundu