Şərurlu İsfəndiyar: "Onda gərək Dubayı söküb qoyalar yerə..."

Şərurlu İsfəndiyar: "Onda gərək Dubayı söküb qoyalar yerə..."
“Şərur” MTK-nın rəhbəri İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) ölkədə 9 mərtəbədən yuxarı binaların tikintisinin qadağan edilməsi məsələsinin Milli Məclisdə müzakirəsi təklifinə münasibət bildirib.

İ.Axundov Pravda.az-a açıqlamasında deyib ki, Milli Məclis bu barədə qərar qəbul edəcəksə, kiminsə danışmağa haqqı yoxdur.

“Belə halda, fikir yürüdə bilmərik, söz deyəsi deyilik. Milli Məclis qərar qəbul edirsə, heç kim buna etiraz edə bilməz. Bu, dövlətin işidir. Onlar nə desələr, biz də əməl etməliyik, başqa cür ola bilməz”, - o bildirib.

İ.Axundov “binaların hündürlüyü problem deyil, tikinti zamanı oğurluğa son qoymaq, korrupsiyaya qalib gəlmək, bacarıqlı mütəxəssislərə müraciət etmək lazımdır” deyənlərə isə belə cavab verib: “Onda gərək Dubayı söküb qoyalar yerə. Onsuz da lap 20 mərtəbə də tiksələr, hamısı ekspertdən keçir. Beton konstruksiyası ilə tikmək olar. Yoldan keçən demir ki, 10 mərtəbə, 20 mərtəbə tikəcəyəm. Binaların tikintisində mütəxəssislər işləyir. Mütəxəssislərin rəyi necədirsə, elə də olmalıdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
451 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...