FHN hospitalının sabiq baş həkimi və digərlərinin cəzası azaldıldı

FHN hospitalının sabiq baş həkimi və digərlərinin cəzası azaldıldı
Rüşvət alma ittihamı ilə həbs edilmiş FHN Modul Hospitalının keçmiş baş həkimi İmran Ağayev və onunla birlikdə mühakimə olunan hospitalın üç əməkdaşının kassasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu gün Ali Məhkəmədə onların cinayət işi üzrə yekun məhkəmə aktı qəbul edilib. Hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən iclasda hospitalın sabiq vəzifəli şəxsi Rüfət Vəlizadənin şikayəti qismən təmin edilib. Onun cəzası 3 ildən 2 il 6 aya endirilib. Faktı onun vəkili Ceyhun Yusifov təsdiq edib.

Məhkəmədə o da məlum olub ki, təqsirləndirilən şəxslərdən İmran Ağayev və müəssisənin digər vəzifəli şəxsləri olan Taleh İmanlı və Qulu Orucovun da cəza müddəti bir müddət öncə azaldılıbmış. Belə ki, Ali Məhkəmə onların hər birinin cəzasının 6 ay endirilməsinə qərar verib.

Xatırladaq ki, İmran Ağayev və digərləri koronavirus pandemiyası dövründə xəstələri hospitalın “VİP korpus”larına yerləşdirmək və xəstələrin özünə məxsus “Medi Style” klinikasından FHN hospitalına köçürülməsi müqabilində rüşvət almaqda ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İmran Ağayev 8 il 3 ay, Rüfət Vəlizadə 8 il 1 ay, Taleh İmanlı isə 8 il 1 ay, Qulu Orucov 5 il müddətə azadlıqdan məhrum edilmişdi. Daha sonra Bakı Apellyasiya Məhkəməsi İmran Ağayevin cəzasını 4 ilə, Rüfət Əlizadə və Taleh İmanının cəzasını isə 3 il 6 aya endirmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 483 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...