8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə bayram tədbiri keçirildi

8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə bayram tədbiri keçirildi

Qaradağ Rayon İcra Hakimiyyətində 06.03.2021-ci il tarixdə rayonun ictimai-siyasi həyatında yaxından iştirak etmiş, əməkdə fərqlənmiş qadınlarla görüş keçirilmişdir. Görüşdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli məclisin deputatı Aydın Hüseynov və Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları iştirak etmişdir. Tədbirdə icra hakimiyyətinin başçısı Süleyman Mikayılov çıxış etmişdir:
   Əziz xanımlar!
   Hər birinizi qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, can sağlığı, uzun ömür arzulayıram.
   Bütün ölkələrdə qadınlar 8 Mart Gününü həmçinin sülh uğrunda mübarizədə həmrəylik günü kimi də qeyd edirlər.
   Azərbaycanda qadınlara həmişə məxsusi ehtiram olub. Böyük tarixi şəxsiyyət Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu illərdə qadınlar cəmiyyətin bütün strukturlarında təmsil olunurdu. Ulu Öndər deyirdi: “Qadın bəşərə yaraşıq, zinət, insanlığa şərəf, şan-şöhrətdir. Qadın ucalıq ülvilik məbədidir. İsmət, qeyrət, qüdrət rəmzidir”.
   Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Ulu öndərin siyasi kursunu bu istiqamətdə də uğurla davam etdirir, qadınların cəmiyyətdə roluna müstəsna əhəmiyyət verir. Bunun nəticəsidir ki. bu gün Azərbaycan Respublikasının vətəndaşı olan qadınlar təkcə respublikamızda deyil, dünya miqyasında beynəlxalq qurumlarda Azərbaycanımızı layiqincə təmsil edirlər.
   Azərbaycanda Birinci vitse-prezident təəssisatının yaradılması, bu vəzifəyə YUNESKO və İSESKO-nun Xoş məramlı səfiri kimi beynəlxalq fəaliyyəti ilə Mehriban xanım Əliyevanın təyin edilməsi də qadınların cəmiyyətdə rolunun əhəmiyyətinin  nəticəsidir.
   Azərbaycanda gender siyasəti getdikcə güclənir, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi istiqamətində dövlət səviyyəsində müxtəlif miqyaslı tədbirlər həyata keçirilir. Respublikamızda yaradılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uğurla fəaliyyət göstərir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir.
   Cəmiyyətdə qadınların üzərinə daha böyük vəzifələr düşür, onların işi ağırdır.Ancaq qadınlar bu vəzifələri şərəflə yerinə yetirirlər. azərbaycan qadını öz ağıl, bilik və istedadına görə dünya qadınları içərisində yüksək yer tutur. Bu gün cəmiyyətin elə bir sahəsi yoxdur ki, oranı qadınsız təsəvvür etmək mümkün olsun. Azərbaycan qadını öz zəhməti ilə xalq təsərrüfatının, tibbin, elmin, ictimai fəaliyyətin önündə gedir. Qadınlarımız arasında deputatlar, alimlər, yüksək ixtisaslı mütəxəssislər vardır və hal-hazırda da yetişirlər.
   Azərbaycan qadını azərbaycançılıq ideologiyasını yaşadır, Azərbaycan dövlətçiliyinin cəfakeşidir...
   Azərbaycan qadını Qarabağ müharibəsində şəhid olmuş Vətən oğullarının anasıdır, bacısıdır, həyat yoldaşıdır.
   Şəhid anası Qədirova Zərifə çıxış edərək vətən üçün layiqli oğul böyütməyin hər bir azərbaycanlı qadınının ümdə vəzifəsi olduğunu dedi. Oğlu Qədirov Şahinlə və digər şəhidlərimizlə qürur duyduğunu, Müzəffər Ordumuz tərəfindən şəhidlərimizin qisasının alındığını bildirdi.
   17 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Elmira Rafailova da çıxış edərək səhiyyə işçiləri adından bütün qadınları təbrik etdi. Onlara can sağlığı, ailə səadəti arzuladı.
   Daha sonra Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov tərəfindən rayonun ictimai-siyasi həyatında öz fəallığı ilə fərqlənən xanımlar fəxri fərmanlar və dəyərli hədiyyələr ilə mükafatlandılar.
 



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
473 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...