"Xankəndi xəstəxanasında öz vətəndaşlarımıza xidmət göstərirdik" - Azərbaycanlı həkim

"Xankəndi xəstəxanasında öz vətəndaşlarımıza xidmət göstərirdik" -

"Laçın-Xankəndi yolunda səhhəti pisləşən ermənilərə ilkin tibbi yardımı göstərib, onları Xankəndi xəstəxanasına çatdırdıq".

Bunu APA-ya açıqlamasında ötən gecə Qarabağda yaşayan ermənilərə yardım edən Şuşa modul tipli xəstəxanasının həkimi Vilad Əliyev bildirib.

V. Əliyev "Azərbaycan respublikasının erməni əsilli sakinlərinə tibbi xidmət göstərmək bizim vəzifə borcumuzdur. Bizi Xankəndi xəstəxanasında çox yaxşı qarşıladılar, öz vətəndaşlarımıza xidmət göstərdik. Əlimizdən gələni elədik”, - deyə bildirib.

Qeyd edək ki, ötən gecə Laçın-Xankəndi yolunda Rusiya sülhməramlıları Şuşa həkimlərindən yardım istəyib. RSK hərbçiləri Laçın-Xankəndi yolunda aksiya keçirilən əraziyə yaxınlaşaraq həkimə ehtiyac olduğunu bildiriblər.

Əraziyə gətirilən xəstəyə ilkin tibbi yardım göstərildikdən sonra təcili tibbi yardım avtomobili xəstələri Laçın istiqamətinə aparıb. Daha sonra tibbi ləvazimat lazım olduğu və daha bir tibbi maşına ehtiyac olduğu bildirilib. Şuşalı həkimlər xəstələrə ilkin tibbi yardım göstərdikdən sonra onları Xankəndi xəstəxanasına çatdırıblar.

"Xankəndi xəstəxanasında öz vətəndaşlarımıza xidmət göstərirdik" -
"Xankəndi xəstəxanasında öz vətəndaşlarımıza xidmət göstərirdik" -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
327 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...