Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi Həştərxan şəhərində də qeyd edilir
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin Rusiya
Federasiyasının Həştərxan vilayətində təntənəli qeyd edilməsi məqsədilə Həştərxan vilayətinin
qubernatoru İqor Babuşkin tərəfindən Tədbirlər Planı imzalanmış, Tədbirlər Planının yüksək
səviyyədə həyata keçirilməsi məqsədilə Təkilat Komitəsi yaradılmışdır. Tədbirlər Planında müxtəlif
forumların, dəyirmi masaların, dialoqların, sərgi və müsabiqələrin, ağacəkmə aksiyalasının,
konsert proqramlarının, Azərbaycan günlərinin və Ulu Öndərin siyasi fəaliyyətinə həsr edilmiş bir
çox tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. İlin əvvəlindən başlayaraq Ulu Öndərin 100 illik
yubileyi Həştərxan vilayətində qeyd edilməyə başlanılmış, bir sıra tədbirlər həyata keçirilmişdir.
Həştərxan vilayətində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı may ayının
əvvəlində keçiriləcək təntənəli tədbirlərin müzakirəsi və qarşılıqlı əlaqələndirilməsi məqsədilə
Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Həştərxan şəhərində səfərdə
olmuşdur.
Səfər zamanı ilk öncə Həştərxan Höküməti sədrinin müavini Denis Afanasyev, Həştərxan
şəhərinin meri Oleq Polumordvinov, Həştərxan vilayəti Beynəlxalq Əlaqələr Agentliyinin sədri
Vladimir Qolovkov, Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Rusiyanın
Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) Həştərxan bölməsinin üzvləri və Azərbaycan
diasporasının nümayəndələri Həştərxan şəhərinin mərkəzində yerləşən Heydər Əliyev Parkında
Ulu Öndərin abidəsini ziyarət edərək dahi şəxsiyyətin abidəsi önünə əklil və gül dəstələri
qoymuşlar. Vilayətin Hökümət üzvlərinin iştirakı ilə Ulu Öndərin xatirəsinə ağaclar əkilmişdir.
Volqa çayı sahilində yerləşən Heydər Əliyev Parkında Azərbaycan tərəfindən aparılan əsaslı təmir-
bərpa və geniş yaşıllaşdırma işlərinə birgə baxış keçirilmiş, Heydər Əliyev Parkını Volqa çayının
qarşı tərəfi ilə birləşdirən “Dostluq Körpüsü”ndə tamamlanmış yenilənmə işləri ilə tanış olmuşlar.
O cümlədən, Həştərxan şəhərində yerləşən II Dünya Müharibəsi zamanı həlak olanların
xatirəsinə ucaldılmış “Qardaşlıq məzarlığı” ziyarət edilmiş, əbədi məşəl önünə güllər
qoyulmuşdur.
Daha sonra Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin Həştərxan
vilayətinin qubernatoru İqor Babuşkin ilə görüşü olmuşdur. Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin iki ölkə arasında dostluq əlaqələrinin inkişafında xüsusi rolu olduğunu
vurğulayan İ.Babuşkin Ulu Öndərin xatirəsinin Həştərxan vilayətində hər zaman ehtiramla yad
edildiyini qeyd etmişdir. Abdin Fərzəliyev Həştərxan vilayəti və Azərbaycan Respublikası
arasındakı dostluq prinsipləri üzərində qurulan münasibətlərdən söz açmış, Ulu Öndərin
xatirəsinin Həştərxan vilayətində də hər zaman dərin hörmətlə anıldığı üçün təşəkkürünü
bildirmişdir.
Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş tədbirlərin təntənəli keçirilməsi məqsədilə
Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin sərəncamı ilə yaradılmış Təşkilat Komitəsinin
üzvləri ilə Azərbaycan İş Mərkəzində müşavirə keçirilmişdir. Müşavirədə Həştərxan vilayətində və
ölkəmizdə keçiriləcək birgə tədbirlər bir daha nəzərdən keçirilmiş, keçiriləcək tədbirlərin qarşılıqlı
koordinasiya edilməsi və nəzərdə tutulan geniş tərkibli forum və görüşlərlə bağlı bir çox məsələlər
ətraflı müzakirə edilmişdir. Bir çox təntənəli tədirlərin, o cümlədən Həştərxan Dövlət Opera və
Balet Teatrında Azərbaycan və Həştərxan incəsənət xadimlərinin iştirakı ilə ədəbi-bədii proqramın
may ayının əvvəlində keçirilməsi qərara alınmışdır.
Sonra Həştərxan şəhərində yerləşən Heydər Əliyev adına 11 saylı tam orta məktəb ziyarət
edilmiş, məktəbin foyesində Ümummilli Liderin büstü önünə gül dəstələri qoyulmuş, Ulu öndərin
əziz xatirəsi yad edilmişdir. Heydər Əliyev Fondu tərəfindən yenidən qurularaq əsaslı təmir edilmiş
qeyd edilən məktəbin direktoru T.Tixomirova Ulu Öndərin 100 illik yubileyi ilə bağlı
müsabiqələrin, telekörpü formatında dialoqun və digər müxtəlif səpkidə bir sıra tədbirlərin
keçirildiyini, Abşeron rayonu, Xırdalan şəhər 1 saylı orta məktəblə birgə bir neçə layihə üzərində
işlədiklərini bildirmişdir.
350 dəfə oxundu