General Rəhimov niyə işdən çıxarıldı? - "Pərdəarxası hadisələr..."

General Rəhimov niyə işdən çıxarıldı? -
Xəbər verdiyimiz kimi, Arzu Rəhimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilib.
Müharibə dövründə əhalinin Arzu Rəhimovun fəaliyyətindən müəyyən narazılıqları olsa da, ümumilikdə o, ciddi tənqid olunan məmurlardan deyildi.
Ümumilikdə Arzu Rəhimovun səfərbərlik xidmətinin rəhbəri kimi fəaliyyətini necə dəyərləndirmək olar? Maraqlıdır, onun vəzifədən uzaqlaşdırılmasının səbəbi nədir?

Məsələ ilə bağlı ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov Bakupost.az-a açıqlama verib.
Onun sözlərinə görə, sabiq xidmət rəisi ilə bağlı qərar hər hansı nöqsanlara görə deyil:
“Bu, dövlət başçısının səlahiyyətində olan məsələdir. O, uzun müddətdir bu vəzifədə idi. Ola bilər, yeni kadrlarla əvəzləmə gedir. Onun fəaliyyəti dövründə ictimaiyyət arasında müəyyən söz-söhbətlər var idi. Amma bununla bağlı əlimizdə real sübut yoxdur. Ona görə də Arzu Rəhimovun vəzifədən uzaqlaşdırılmasının hər hansı nöqsanla bağlı olduğunu düşünmürəm”.
Ekspertin fikrincə, səfərbərlik sahəsində mövcud olan müəyyən qüsurlar yeni təyinatla aradan qaldırılacaq:
“Biz müharibə şəraitində olan dövlətik. Hələ ki müharibə başa çatmayıb. Səfərbərliyin idarəsi mühüm məsələdir. Mən müharibə dövründə səfərbərliklə bağlı problemlər görmədim. Amma müəyyən pərdəarxası hadisələr ola bilər. Ümid edək ki, yeni sədr Mürsəl İbrahimovun fəaliyyəti nəticəsində ictimaiyyətdə olan narazılıqlar aradan qaldırılar. Hansısa çatışmazlıq olubsa, yeni təyinatla onların aradan qaldırılması istiqamətində tədbirlər görülər”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
394 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...