Prezident və xanımı "Əbu-Bəkr" məscidinin açılışında iştirak edib

Prezident və xanımı "Əbu-Bəkr" məscidinin açılışında iştirak edib
Aprelin 20-də Bakının Nərimanov rayonunda əsaslı təmir və rekonstruksiyadan sonra “Cümə” məscidinin açılışı olub.

GUNDEMINFO.AZ xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Qeyd edək ki, “Əbu-Bəkr” məscidi adı ilə də tanınan sözügedən ibadət ocağı 1997-ci ildə inşa olunub.

17 avqust 2008-ci ildə məscidə iki əl qumbarası atılıb. Hadisə nəticəsində 2 nəfər ölüb və 19 nəfər yaralanıb. Yaralananlar arasında məscidin imamı Qamət Süleymanov da olub.
Terror aktının “Meşə qardaşları” tərəfindən törədildiyi bəyan edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
360 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...