İcra başçısı Çeyildağ qəsəbəsində səyyar qəbul keçirdi
Səyyar qəbuldan əvvəl Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı və
Şəhidin valideynləri Çeyildağ qəsəbəsində yerləşən Vətən Müharibəsi Şəhidi
Qədirov Şahin Bayram oğlunun xatirə lövhəsinin önünə gül dəstələri qoydular.
Sonra, səyyar görüşün keçirildiyi məktəbin önündə ucaldılmış Şəhid Muradov
Səyavuş Əlimurad oğlunun büstü önünə də İcra başçısı, müavinlər və şöbə
müdirləri tərəfindən gül dəstələri qoyuldu.
Daha sonra isə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman
Mikayılovun Çeyildağ qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir.
Qəbulda Çeyildağ qəsəbə sakinləri, həmçinin rayonun hüquq mühafizə
orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.
Keçirilmiş səyyar qəbulda 40-a yaxın qəsəbə sakinləri iştirak etmişdir.
Sakinlərdən 12 nəfəri fərdi qaydada dinləyən Rayon İcra Hakimiyyətinin
başçısı Süleyman Mikayılov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti
təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını vermiş, bəzi müraciətlər
yerindəcə həll edilmişdir.
Qəsəbə sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə
həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident
Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman
Mikayılov tərəfindən digər qəsəbələrdə də əhali ilə görüşlər davam etdirilir.
389 dəfə oxundu