Talışda ilk toy sevinci

Talışda ilk toy sevinci

Ramazan bayramı günlərində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Sahib Alıyevlə birlikdə rayonun Talış kəndində yeni məskunlaşmış Camalovlar ailəsini qəbul edblər. Qəbul zamanı icra başçısı və deputat gənc ailənin qayğıları ilə maraqlanıb, yeddi və beş yaşlı övladları Yusif və Tuncaya kiçik toyları münasibəti ilə qiymətli hədiyyələr təqdim ediblər. Uşaqlar hədiyyələri sevincilə qarşılayıblar.
Uşaqların valideynləri- Türkan və Anar Camalovlar doğma ocaqlarında ilk xeyir işlərini qeyd etdiklərini, onlara gözəl şərait yaradıldığını bildirərək, göstərilən diqqət və qayğıya görə Qalib Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.


Talışda ilk toy sevinci




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
354 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...