“Gənclik Mall”da söyüş söyən tələbə həbs edildi
Bakıda tələbə ictimai yerdə söyüş söydüyü üçün Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Qaynarinfo-nun məlumatına görə, 2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş Cavid (şərti) pulunu itirməsi səbəbindən əsəbi olduğuna görə "Gənclik Mall” AVM-nin qarşısında telefonla ucadan danışaraq, nalayiq ifadələr işlədib.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları xidməti zərurətlə əlaqədar "Gənclik Mall” AVM-in qarşısından keçərkən Rüfətin uca səslə təhqiramiz ifadələr işlətdiyini görüblər. Ona yaxınlaşaraq xidməti vəsiqələtini təqdim ediblər. Polislər Cavidi intizama dəvət edib, nəlayiq ifadələrinə son qoymağa çağırıblar. O, soyüş söyməyə davam etdirməklə, qaçıb getməyə cəhd göstərib.
Cavid saxlanılaraq Baş İdarəyə aparılıb. O, İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, barəsində protokol tərtib edilib və iş məhkəməyə göndərilib.
Cavid məhkəmədə özünü təqsirli bilərək izahatında göstərib ki, pulunu itirməsi səbəbindən əsəbi olduğuna görə söyüş söyüb.
Məhkəmənin qərarı ilə o, 15 gün müddətinə inzibati qaydada həbs edilib.
374 dəfə oxundu