Sabir Rüstəmxanlının partiyası şərt qoydu: ”VHP-yə birləşmək istəyənlər...”

Sabir Rüstəmxanlının partiyası şərt qoydu:

Bir müddət bundan öncə iki partiyanın - Sosial Ədalət Partiyası (SƏP) və Qorqud Partiyasının Vətəndaş Həmrəyliyi Partiyasına birləşəcəyi ilə bağlı məlumat yayılmışdı.

Qaynarinfo-ya daxil olan məlumata görə, bu partiyaların Vətəndaş Həmrəyliyi Partiyasına birləşməsi mümkün olmayıb. Məsələ VHP-nin Siyasi Şurasında müzakirəyə çıxarılıb. Amma müzakirə zamanı bu təklif şura üzvləri tərəfindən qəbul edilməyib.

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli Qaynarinfo-ya açıqlamasında bildirib ki, VHP hansısa prtiyadan qrup şəklində ayrılıb, yaxud da hansısa partiyanın VHP-yə birləşməsini normal qəbul etmir:

"Partiyanın qeydiyyatda bağlı bütün sənədləri hazırdır. Nazirlik vaxt açıqlayan kimi bütün sənədləri aidiyyatı quruma təqdim edəcəyik. 19783 şəxsin partiyaya üzvlük ərizəsi var. Dünyasını dəyişənlər var ki, onlar siyahıdan çıxarılıb. Bundan əlavə partiyadan uzaqlaşanlar, yaşayış ünvanını dəyişənlər də var, onlarla bağlı bütün məlumatlar araşdırılıb”.

Samir Əsədli partiyanın bütün üzvlərinin aktiv siyasətlə məşğul olmadığını qeyd edib:

"Naxçıvan da daxil olmaqla 80 rayonda partiyanın şöbəsi fəaliyyət göstərir və kifayət qədər güclü dayağım
ız var”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
358 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...