Mövlam Şıxəliyevin əmlakları müsadirədən yayındırılır – zərərçəkənlərdən sərt etiraz
“Hakim İlqar Murquzov 25 gündür ki, Mövlam Şıxəliyevin sifarişi ilə çıxardığı qərarı cinayət işinin materialı ilə birgə Bakı Hərbi Məhkəməsinə qaytarılmasını əngəlləyir. O, bununla işin icraya yönəlməsinin qarşısını alır. Bunu qəsdən edir”.
Bu sözləri “Yeni Müsavat”a Mövlam Şıxəliyev və digərilərinin cinayət işi üzrə zərərçəkən Hüseyn Səfərov deyib. Onun sözlərinə görə, hakim İlqar Murquzovun sədrliyi keçirilən prosesin özü də kobud qanun pozuntuları ilə baş tutub: “İş üzrə 16 nəfər zərərçəkmişin apelyasiya şikayəti və Baş Prokurorluğun verdiyi protest heç bir qanuni əsas, dəlil göstərilmədən təmin edilmədi. İlqar Murquzov bu şəkildə qərar verdi. Düşündük ki, qanunsuzluqla da olsa, çıxarılmış qərar vaxtında Bakı Hərbi Məhkəməsinə qaytarılmaqla icraya yönələcək. Lakin burada da İlqar Murquzov qanunsuzluqdan əl çəkmədi. O, 3 gün ərzində Bakı Hərbi Məhkəməsinə göndərməli olduğu işi 25 gündür ki, yollamır”.
Zərərçəkən Hüseyn Səfərov deyir ki, hakim İlqar Murquzovun etdiyi əməlin 1 adı var – qanunsuzluq: “Möhtərəm cənab prezident məhkəmə hüquq islahatlarının həyata keçirilməsini hər çıxışında vurğulayır. Hakim İlqar Murquzov açıq-aşkar qanunsuzluq etməklə məhkəmə hüquq islahatlarına badalaq vurur. O, Akif Çovdarovun əmlaklarını geri qaytaran tərkibdə olan hakimdir. “Akif Çovdarovun əmlaklarının geri qaytarılması haqda qərarı biz çıxarmışıq” sözlərini də Mövlam Şıxəliyevin cinayət işi üzrə məhkəmədə də deyib qürrələnirdi. Düşünürdü ki, etdiyi qanunsuzluğu Ali Məhkəmə də qüvvədə saxlayacaq. Amma cənab prezident İnam Kərimovu Ali Məhkəməyə sədr təyin etməklə İlqar Murquzov kimi hakimlərin qanunsuzluqlarına bir sədd çəkmiş oldu”.
Zərərçəkən Hüseyn Səfərov deyir ki, İlqar Murquzov qərarı Bakı Hərbi Məhkəməsinə göndərməmək üçün bəhanə uydurub: “Mən Bakı Apelyasiya Məhkəməsinin sədri Mübariz Əkbərova da məktub yazmışam. İlqar Murquzovun cinayətə bərabər qanunsuzluğuna son qoymasını istəmişəm. İlqar Murquzov deyir ki, guya 5 ay məhkəmə getdiyi dövrdə katib protokol yazmayıb, indi həmin protokolu yazır deyə, çıxardığı qərarı Bakı Hərbi Məhkəməsinə göndərə bilmir. Bu, ağ yalandır. Belədirsə, onda yenə də günahkar İlqar Murquzovdur. Çünki protokolun aparılmasına da sədrlik edən hakim kimi birbaşa o cavabdehdir. Əslində isə bu İlqar Murquzovun uydurduğu bəhanədir. Qərarı Mövlam Şıxəliyevin sifarişi ilə Bakı Hərbi Məhkəməsinə göndərmək istəmirlər. Mövlam Şıxəliyev bunu niyə istəmir? Bilir ki, qərar Bakı Hərbi Məhkəməsinə gedəndən sonra iş icraya yönəlməlidir. Cinayət Prosessual Məcəllənin (CPM) 412.7-ci maddəsinin tələbinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökm və ya qərarından kassasiya şikayəti, yaxud protestinin verilmsi onların icrasını dayandırmır. Bu məsələdə hakim İlqar Murquzovla Mövlam Şıxəliyevin şəxsi mənafeləri üst-üstə düşür. Halbuki, elə hakim İlqar Murquzovun çıxardığı qərarla Mövlam Şıxəliyevin cinayətkar olduğu bir daha təsdiq olunub. Belə çıxır ki, hakim cinayətkarla eyni mövqedə dayanır və onun müsadirəyə yönəlməli əmlakını qoruyur. Düşünürlər ki, qanunsuzluqla vaxtı uzatmaqla Ali Məhkəmədə özlərinə yeni havadar tapacaqlar. İnam Kərimovu ələ alacaqlar.Hamı bilir ki, İnam Kərimovun perutasiyasında qara ləkələr yoxdur və bundan sonra olacağı da mümkün deyil. Cənab prezident İnam Kərimovu Ali Məhkəməyə sədr təyin etməkə Azərbaycanda qanunçuluğun təmin olunması istiqamətində mühüm addım atıb. Məhkəmə hüquq islahatlarının yuxarı instansiyadan üzü aşağı gerçəkləşməsinin təmin edilməsi məqsədi görünür. Bunu Bakı Apelyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov da bilməmiş deyil. Düşünürəm ki, Mübariz Əkbərov hakim İlqar Murquzovun qanunsuzluğuna qısa bir zamanda son qoyacaq”.
Zərərçəkən bildirib ki, yaxın günlərdə qərar qanununa uyğun şəkildə Bakı Hərbi Məhkəməsinə göndərilməsə, iş üzrə zərərçəkənlərlə birgə Bakı Apelyasiya Məhkəməsinin qarşısında aksiya keçirəcəklər.
Bakı Apelyasiya Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub- E.M) Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şixəliyev və nazirliyin istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbəsinin rəisi polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovla bağlı hökmdən verilmiş protest və şikayətlər üzrə qərar verilib.
Qərara əsasən Bakı Hərbi Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
Hakim İlqar Murquzovun səsləndirdiyi qərara əsasən prokurorun verdiyi protest və tərəflərin şikayətləri əsassız hesab olunaraq rədd olunub.
Xatırladaq ki, Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti təqdim edən Mövlam Şıxəliyevlə suç ortaqları bəraət istəyirdilər. Bundan başqa, Mövlam Şıxəliyevin ailə üzvləri də, prokuror da, iş üzrə zərərçəkənlər də apelyasiya instansiyasına şikayətlərini təqdim etmişdilər. Mövlam Şıxəliyevlə tabeliyində işləmiş, onunla birgə mühakimə olunan şöbə rəislərinin, dövlət ittihamçısının, zərərçəkənlərin narazı qaldığı hökm 21 sentyabr 2022-ci ildə, Bakı Hərbi Məhkəməsində çıxarılıb.
Həmin hökmə əsasən, 12 il azadlıqdan məhrum olunan Mövlam Şıxəliyevin general-mayor rütbəsi alınıb.
Bu gün, aprelin 4-də verilən qərarla Mövlam Şıxəliyev general, digər 3 müttəhim polkovnik rütbələrindən məhrum ediliblər.
Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən keçmiş şöbə rəislərindən Vüsal Ələkbərov 11 il 2 ay, Yasin Məmmədov 10 il 6 ay, rəis müavini Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum ediliblər. İş üzrə ibtidai istintaq zamanı Mövlam Şıxəliyev və ailə üzvlərinin - həyat yoldaşı Aybəniz Şıxəliyeva, oğlu Elgün Şıxəliyev, qızı Samirə Əliyevanın adına olan, 7 milyon manatdan çox dəyəri olan əmlakların üzərinə həbs qoyulmuşdu. Bakı Hərbi Məhkəməsində çıxarılan hökmlə Mövlam Şıxəliyevin ailə üzvlərinə məxsus əmlaklar geri qaytarılıb. Bu isə təxminən 3 milyon 500 min manatlıq əmlak deməkdir. Şıxəliyevin ailə üzvlərinə qaytarılan əmlaklar arasında Bakının mərkəzində - “Sahil” metrostansiyasının üstündəki binada 8 mənzil, Fəvvarələr meydanında, Nizami küçəsində, Ağdaşda evlər, obyektlər, Novxanıda bağ evi və başqa əmlaklar var. Bakı Hərbi Məhkəməsinin hökmündən zərərçəkmişləri narazı salan əsas məqam da məhz bu idi. Onlar Mövlam Şıxəliyevin ailə üzvlərinin adına olan, üzərinə həbs qoyulmuş əmlakların əhəmiyyətli bir hissəsinin geri qaytarılmasından narazı idilər.
Zərərçəkənlər vaxtilə MTN-də onlardan və yaxınlarından hədə-qorxu ilə alınmış pulların geri qaytarılması tələbi ilə Bakı Hərbi Məhkəməsində baş tutan prosesin əvvəlində mülki iddialar qaldırmışdılar. Bununla yanaşı, Mövlam Şıxəliyevin ailə üzvlərinin də cinayət yolu ilə əldə olunmuş əmlakların leqallaşmasında iştirak etdiklərinə görə cinayət məsuliyyətinə cəlb olunmaları üçün vəsatətlə çıxış etmişdilər. Məhkəmə vəsatətləri baxılmamış saxlasa da, zərərçəkənlərdən mülki iddia qaldırmış 16 nəfərinin iddiasını təmin edib. Ümumilikdə isə zərərçəkənlər Mövlam Şıxəliyev və hər 3 polkovnikin daha ağır cəzalara məhkum edilmələrini də tələb edirlər. Eyni zamanda zərərçəkənlər müsadirəyə götürülmüş əmlakların yenidən qiymətləndirilməsini istəyirdirlər. Deyirdilər ki, müsadirə olunan əmlaklara real bazar dəyərindən 2 dəfə ucuz qiymət qoyulub. Əmlakların yenidən qiymətləndirilməsi üçün alternativ ekspertiza təyin olunması da zərərçəkənlərin apelyasiya şikayətlərində yer almışdı.
Məhkəmənin qərarından sonra zərərçəkənlər “Yeni Müsavat” əməkdaşına bildiriblər ki, qərardan kassasiya şikayəti təqdim edəcəklər.
442 dəfə oxundu