Laçın postunda xüsusi rentgen aparatları quraşdırıldı - FOTOLAR
Azərbaycan Laçın-Xankəndi yolunun başlanğıcındakı sərhəd-buraxılış məntəqəsində rentgen skanerləri quraşdırıb.
Yeniavaz.com xəbər verir ki, bunu əks etdirən fotolar sosial şəbəkələrdə yayılıb.
Qeyd edək ki, quraşdırılan ABŞ istehsalı olan "Smiths Detection" skrininq sistemidir.
Xatırladaq ki, aprelin 23-ü Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.
Bildirilib ki, bu addım 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq atılıb.
Qeyd olunub ki, bu barədə Rusiya sülhməramlı kontingenti və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib.
367 dəfə oxundu