Azərbaycan Ordusunun şəhid olan hərbçisi Ağstafada dəfn olunub - FOTO
Azərbaycan Ordusunun ötən gün Ermənistanın təxribatı nəticəsində şəhid olan hərbçisi Orxan Novruzəlizadə Ağstafada dəfn olunub.
APA-nın məlumatına görə, şəhid anadan olduğu Xətai kəndində, kənd qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimdə şəhidin yaxınları, hərbçilər, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak edib.
Azərbaycan Ordusunun ötən gün Ermənistanın təxribatı nəticəsində şəhid olan hərbçisi Orxan Novruzəlizadə ilə Ağstafa rayonunda vida mərasimi başlayıb.
APA-nın yerli bürosunun məlumatına görə, mərasim Xətai kəndində, şəhidin evində keçirilir.
Mərasimdə şəhidin yaxınları, hərbçilər, rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak edirlər.
Vida mərasimi başa çatdıqdan sonra şəhid Xətai kənd qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, Orxan Novruzəlizadə 1998-ci il təvəllüdlü Ağstafa rayonunun Vurğun qəsəbəsində anadan olub. İki ilə yaxın Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edib.
448 dəfə oxundu