Paşinyandan əsir saxlanılan Aqşin və Hüseynlə bağlı AÇIQLAMA

Paşinyandan əsir saxlanılan Aqşin və Hüseynlə bağlı
Ermənistan Azərbaycanın iki hərbçisinin ekstradisiyasını müzakirə etməyə hazırdır.

GUNDEMINFO/AZ xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib.

“Ermənistan iki Azərbaycan əsgərinin ekstradisiyasını müzakirə etməyə hazırdır, lakin proses birtərəfli ola bilməz”, – deyə Baş nazir bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Naxçıvanda xidmətdə olan 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgərimiz Ermənistanda əsir götürülüb və onlara qarşı saxta ittihamlarla cinayət işi açılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
484 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...