“Heydər Əliyev İli-2023”: Tərtərdə dəyirmi masa keçirilib
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Ümummilli Liderin anadan olmasının 100 illiyi və 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsinə dair Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına əsasən rayonda silsilə tədbirlər davam edir.
Tərtər Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının təşkilatçılığı ilə YAP rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Xalq Cümhuriyyətinin varisi müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevdir” mövzusunda “dəyirmi masa” keçirilib.
“Dəyirmi masa”da Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, idarə, müəssisə, təşkilat rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri və rayon içtimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ümummilli Liderin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, müstəqilliyi şərtləndirən amillərdən, həmin dövrdə siyasi şəraitdən danışaraq, bildirib ki, müsəlman aləmində ilk demokratik respublika məhz Azərbaycanda yaranıb . Qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyətinin iki illik fəaliyyəti dövründə əhəmiyyətli işlər görülüb. Dövlət quruculuğu istiqamətində mühüm addımlar atılıb, ordu yaradıldı, qadınlara ilk dəfə səsvermə hüququ verildi. Bir sözlə, Azərbaycanın gələcək uğurlu inkişafı üçün möhkəm zəmin yarandı.
Xalq Cümhuriyyətinin varisi müasir, müstəqil Azərbaycan dövlətinin banisi isə ümummilli lider Heydər Əliyevdir.
Azərbaycanda müstəqilliyin qorunub saxlanılması və inkişafı Ulu Öndərin adı ilə bağlıdır. Hələ ümummilli liderimizin 1969-1982-ci illərdə respublikamıza rəhbərliyi dövründə əvəzsiz xidmətlərinə nəzər salanda bir daha aydın olur ki, ölkəmizdə qanunçuluğun və hüquq qanunvericiliyinin möhkəmləndirilməsinə, strateji əhəmiyyətli sənaye və istehsal müəssisələrinin inşasına nail olmaqla Azərbaycanın iqtisadi inkişaf göstəricilərinə görə keçmiş İttifaq miqyasında ilk yerlərdən birini tutmasını təmin etmiş, müstəqilliyimizə zəmin yaradan uzaqgörən və müdrik addımlar atmışdır. Məhz ulu öndərin ötən əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, tariximizin düzgün istiqamətdə öyrənilməsi, ana dilimizin rolunun artırılması, xalqın azadlıq istəyinin təcəssümü kimi ortaya çıxan ədəbi-bədii nümunələrin hücumlardan qorunması yönündə apardığı məqsədyönlü siyasət cəmiyyətdə milli ruhun oyanışına təkan verdi.
Rayon rəhbəri Ulu öndər Heydər Əliyevin Azərbaycanın gələcək müstəqilliyi üçün zəruri olacaq sosial-iqtisadi əsasları, infrastruktur təminatını, milli kadr potensialını formalaşdırdığını bildirib: “Ölkə üçün gərəkli mütəxəssislərin hazırlanması məqsədilə ötən əsrin 70-ci illərində və daha sonralar minlərlə azərbaycanlı gənc məhz Heydər Əliyevin təşəbbüsü əsasında keçmiş SSRİ-nin müxtəlif şəhərlərindəki nüfuzlu ali məktəblərdə təhsil almağa göndərildilər”.
Qarabağ savaşının çətin, mürəkkəb dövründə Heydər Əliyev Naxçıvan əhalisini ətrafında birləşdirərək Azərbaycanın bu qədim diyarının erməni işğalına məruz qalmasının qarşısını aldı. Naxçıvan parlamentində böyük öndərin sədrliyi ilə milli dövlətçilik atributu olan üçrəngli bayrağın Azərbaycan Respublikasının dövlət rəmzi kimi qəbul edilməsi müstəqillik dövrü tariximizin ən şanlı hadisələrindən biridir.
1993-cü ildə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra ölkəmizdə xaotik proseslərin qarşısı alındı, ictimai siyasi sabitlik təmin edildi. Azərbaycan cəmiyyətində dövlətçilik ideyalarının bərqərar olması fundamental mahiyyət kəsb etməyə başladı. 1993-cü ilin iyun ayından ölkədə formalaşmağa başlayan yeni siyasi kurs vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı, separatçılıq meyllərinə son qoydu və Ulu Öndər H.Əliyevin dövlət quruculuğu siyasətinin gerçəkləşməsinə gətirib çıxardı. Ən əsası 1994-cü il mayın 12-də cəbhədə atəşkəsin əldə edilməsindən sonra dövlətçiliyin möhkəmləndirilməsi, nizami ordu quruculuğu, eləcə ölkə həyatının bütün sahələrində dinamik inkişafın təmin edilməsi baxımından zəruri addımlar atıldı. Reallaşdırılan ardıcıl və sistemli tədbirlərin nəticəsi kimi ölkədə əmin amanlıq yarandı, sabitlik bərqərar oldu, azad bazar iqtisadiyyatına keçidlə bağlı özəlləşdirməyə geniş meydan verildi. 1994-cü il sentyabrın 20-də isə Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan neft müqavilələri imzalandı. “Əsrin müqaviləsi” adlandırılan bu saziş ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı, Azərbaycan dünya xəritəsində mövqeyini möhkəmləndirdi.
Heydər Əliyevin müstəqillik konsepsiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlar fonunda xüsusi aktuallıqla səslənir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ötən dövr ərzində cəmiyyətin bütün gözləntilərini gerçəkləşdirib, çevik və qətiyyətli qərarlar qəbul edib. Azərbaycanın siyasi, sosial-iqtisadi, mədəni-humanitar sahələrdə əldə etdiyi yüksək nəticələrin möhkəm təməl üzərində formalaşmış ictimai-siyasi sabitlik amili ilə şərtləndiyini, həmrəyliyə və vətəndaş sülhünə əsaslandığını xalqımız yüksək qiymətləndirir. Bu gün dövlət başçısı İlham Əliyevin yeritdiyi məqsədyönlü strategiya nəticəsində respublikamızda mövcud olan daxili sabitlik, əmin-amanlıq, milli barışıq mühiti demokratik inkişafın, qanunçuluğa və hüquq qaydalarına, ədalət meyarlarına ciddi şəkildə riayət olunmasının, habelə sürətli iqtisadi tərəqqinin başlıca təminatlarından biridir.
Rayon rəhbəri çıxışında cənab İlham Əliyevin rəhbərliyi altında qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsindən, qazandığımız layiqli qələbədən də danışıb. Və çıxışını Ümumilli Liderin bu sözləri ilə bitirib: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın Dövlət Müstəqilliyi Günü-Respublika Günü elan etmişik və bu bizim milli bayramımızdır”.
“Dəyirmi masa”da çıxış edən YAP rayon təşkilatının sədri Eldar Əsədov, rayon Təhsil sektorunun müdiri Oktay Sarıkişiyev, Sarıcalı kənd tam orta məktəbin direktoru Vəsilə Mehdiyeva, Düyərli kənd tam orta məktəbinin ibtidai sinif müəllimi Ülviyyə Süleymanova, 42 saylı Yol İstismarı MMC-də mütəxəssis Murad Qafarov çıxış edərək Azərbaycan Xalq Cümhuruyyətinin tariximizdə yeri və rolundan, əhəmiyyətindən, idarəçilikdə demokratik dəyərlərin bərqərar olmasından, dövlət quruculuğu istiqamətində görülən işlərdən danışıb,Ümummilli liderin Azərbaycanın dövlət müstəqilliyinin qorunması istiqamətindəki fəaliyyətindən söhbət açıblar.
Tədbirin sonunda bir qrup içtimai fəala fəxri fərman təqdim edilib.
471 dəfə oxundu