Abşeronda 1 iyun bayramı təşkil edilib

Abşeronda 1 iyun bayramı təşkil edilib
“Heydər Əliyev İli” çərçivəsində Abşeron rayonunda 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə bayram tədbiri keçirilmişdir. Xırdalan şəhərində Ümummilli Lider Heydər Əliyev adına Parkda təşkil edilən bayram konsertində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, şəhid ailələri, qəhrəman oğullarımızın yadıgar övladları, rayonun təhsil ocaqlarının kollektivləri iştirak etmişlər. Əvvəlcə şəhid övladlarının iştirakı ilə Ulu Öndərin abidəsi ziyarət edilmiş, önünə tər çiçəklər düzərək xatirəsini ehtiramla yad etmişlər.
Rayon ərazisində fəaliyyət göstərən körpələr evi-uşaq bağçalarında tərbiyə alan uşaqlar, o cümlədən ümumtəhsil məktəblərinin şagirdləri tərəfindən hazırlanan müxtəlif əl işlərinin sərgisi nümayiş olunmuşdur.
Sonra “Uşaqlar bizim gələcəyimizdir” adlı yaradıcılıq festivalına start verilmişdir. Konsert proqramında bildirilmişdir ki, Ulu Öndər Heydər Əliyevin “Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir. Ona görə də hər bir insanpərvər cəmiyyətdə uşaqlara daimi xüsusi qayğı, xüsusi diqqət göstərilibdir”- müdrik kəlamı ölkəmizdə uşaqlara olan məhəbbətin təzahüridir. Hər zaman sonsuz sevgi, minnətdarlıq və qürurla xatırladığımız müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev daim uşaqlara böyük qayğı və diqqət göstərmiş, onların ən böyük himayədarı olmuşdur. Ümummilli liderin ölkəmizə rəhbərlik etdiyi dövrdə bütün sahələrdə olduğu kimi, uşaq hüquqlarının qorunması, uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı genişmiqyaslı işlər görülmüş, müvafiq qanunvericilik aktları qəbul edilmişdir. Uşaqların yaxşı təhsil və təlim-tərbiyə alması, Vətən və xalq üçün gərəkli övlad kimi yetişməsi Ulu Öndərin daim diqqətində olmuşdur.
Vurğulanmışdır ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan uşaq-gənclər siyasəti Azərbaycan Respblikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir, uşaqlara hərtərəfli diqqət və qayğı göstərilir. Eyni zamanda şəhidlərimizin ailə üzvləri və onların yadigarları dövlətin hər cür diqqət və qayğısı ilə əhatə olunub. Təsadüfi deyildir ki, dünyada hökm sürən qlobal iqtisadi böhran fonunda Azərbaycan Prezidenti İlham Əliyev 2009-cu ili “Uşaq ili” elan etmişdir. Bu, dövlət başçısının Azərbaycanın gələcəyi olan uşaqlara diqqət və qayğısının nəticəsidir.
Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən daima Uşaqların keyfiyyətli təhsil və yüksək dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilmələri, hərtərəfli qayğı ilə əhatə olunmaları diqqət mərkəzində saxlanılmış və bu istiqamətdə onun təşşəbbüsü ilə çoxsaylı tədbirlər görülmüş, layihələr həyata keçirilmişdir. Azərbaycanda uşaqların sağlam və savadlı böyüməsi Heydər Əliyev Fondunun siyasətinin prioritet istiqaməti olduğundan Fond tərəfindən bu istiqamətdə “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Yeniləşən Azərbaycana yeni məktəb” proqramları, “Təhsilə dəstək” və sairə layihələr icra olunmuşdur.
Konsert proqramında Abşeron Rayon Mədəniyyət Mərkəzinin, rayonda fəaliyyət göstərən məktəb və bağçaların yetirmələrinin ifasında maraqlı rəqs və musiqi nömrələri nümayiş olunmuşdur.
Sonda Vətən Müharibəsi şəhidlərinin övladlarına bayram hədiyyələri təqdim olunmuşdur.
Qeyd edək ki, 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə rayonun Saray qəsəbəsində yerləşən 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün Sosial Xidmət Müəssisəsinə baş çəkilmiş, burada təlim-tərbiyə olunan uşaqlara bayram hədiyyələri təqdim edilərək təbrik edilmişdir.
Abşeronda 1 iyun bayramı təşkil edilib
Abşeronda 1 iyun bayramı təşkil edilib
Abşeronda 1 iyun bayramı təşkil edilib



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
291 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...