Səfir: Zəngəzur dəhlizinin açılması yavaş-yavaş sona yaxınlaşır

Səfir: Zəngəzur dəhlizinin açılması yavaş-yavaş sona yaxınlaşır
Türkiyə ilə Azərbaycanı Zəngəzur dəhlizi birləşdirəcək. Bu dəhlizin açılması işi sürətlə davam edir və yavaş-yavaş sona yaxınlaşır.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov “TRT Haber”ə müsahibəsində deyib.

"Zəngəzur bizim təbii haqqımızdır. O, 1920-ci ildə Sovet İttifaqı dövründə əlimizdən alınmış, Ermənistana verilmiş, Türkiyənin Azərbaycan sərhədində sədd çəkilmiş, əngəllər yaradılmış torpaqdır”.

Zəngəzur dəhlizi ilə Türkiyə və Azərbaycan arasındakı məsafənin 38 kilometrə enəcəyini bildirən səfir Məmmədov, "Bu, Türkiyənin Asiya ilə ticarət əlaqəsi üçün də vacibdir. Türkiyə Şərqlə Qərb arasında əlaqəni quracaq", - deyə vurğulayıb.

Səfir Zəngəzur dəhlizi layihəsinin Ermənistan üçün də öz təhlükəsizliyini təmin etmək üçün vacib olduğunu qeyd edib.

"Zəngəzur dəhlizi əslində Ermənistanın inkişafı üçün, gələcəyi, müstəqilliyini, təhlükəsizliyini təmin etmək üçün yaxşı layihədir. Bununla belə, Ermənistan son 30 ildə bir çox layihələri itirib”, - o deyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
394 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...