Qaradağ rayonunda “Son zəng” tədbirləri təntənəli qeyd olundu

Qaradağ rayonunda “Son zəng” tədbirləri təntənəli qeyd olundu


14 iyun 2023-cü il tarixində Qaradağ rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri təntənəli qeyd olundu.
Lökbatan qəsəbəsindəki Neftçi Qurban adına 288 nömrəli tam orta məktəbdə keçirilən “Son zəng” tədbirində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, rayon icra hakimiyyətinin məsul işçiləri, şəhid məzunların valideynləri, rayon ictimaiyyətinin nümayəndələri, məktəb kollektivi və valideynlər iştirak etdilər.
Tədbir Azərbaycanın Dövlət bayrağının səhnəyə gətirilməsi və dövlət himninin səsləndirilməsi ilə başladı.
Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov Ulu Öndər Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafındakı əvəzsiz xidmətlərindən, bu gün ölkə rəhbərliyi tərəfindən təhsil sahəsində aparılan siyasətdən danışdı. Rayonumuzda son illər ərzində təhsil ocaqlarının yenidən tikilməsi, əsaslı təmir olunaraq müasir avadanlıqlarla təchiz edilməsini təhsildə keyfiyyətin yüksəlməsinə təsir edən amil kimi qiymətləndirdi. Müstəqil həyatın astanasında duran məzunlara, ölkəmiz və xalqımız üçün layiqli övlad olmalarını arzuladı.
288 nömrəli tam orta məktəbin direktoru Taleh Kazımov çıxışında 2022-2023-cü tədris ilində məktəbin qazandığı nailiyyətləri qeyd etdi, 2 nəfər şagirdin respublika fənn olimpiadasında qızıl medal qazandığını bildirdi. Zəfər qazanmış xalqın nümayəndəsi olaraq dövlətimizə və dövlətçiliyimizə sədaqətli olmağı, həyat yollarında inamla addımlamağı şagirdlərə tövsiyə etdi.
Məktəbin şəhid məzunu Məzdək Eyvazovun anası çıxışında şagirdlərə vətənə layiqli övlad olmağı, hər zaman Bayrağımızı uca tutmağı arzuladı.
Birinci sinif şagirdləri məzunlara həsr edilmiş şeirlər söylədilər.
Son zəng çalındı.
Tədbir bədii proqramla davam etdi. Valideynlər, müəllimlər on birincilərə xeyir-dua verdilər.
Qaradağ rayon məktəblərində son zəng tədbirlərin keçirilməsi üçün məktəb kollektivləri tərəfindən yüksək səviyyədə təşkilatı işlər aparılaraq, bu günün bütün məzunların və iştirakçıların uzun illər ərzində yadında qalan əlamətdar hadisəyə çevrilməsi üçün əllərindən gələni etmişdilər.
Lökbatan, Sahil, Ələt, Puta, Qobustan, Korgöz, Ümid, Sanqaçal, Çeyildağ, Müşviqabad və Qızıldaş qəsəbələrində yerləşən tam orta məktəblərdə keçirilən “Son zəng” mərasimləri də yaddaqalan oldu.
Qaradağ rayonunda “Son zəng” tədbirləri təntənəli qeyd olundu



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
352 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...