Ərdoğan: “Zəngəzur dəhlizi Ermənistanla deyil, İranla bağlı problemidir”

Ərdoğan: “Zəngəzur dəhlizi Ermənistanla deyil, İranla bağlı problemidir”

Zəngəzur dəhlizi Ermənistanla deyil, İranla bağlı problemidir. Bu, Türkiyəni narahat edir. Qaynarinfo xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərindən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Zəngəzur dəhlizinə gəlincə, bu, Ermənistanla bağlı problem deyil. Zəngəzur dəhlizi İranla bağlı problemdir. Yəni iki müsəlman ölkəsinin problemi. İranın bu məsələdə belə mövqe tutması həm Azərbaycanı, həm də bizi narahat edir.

Əslində bu, onları da narahat etməlidir. Bundan əlavə, burada bir vaqondan alınan rüsumlar, təəssüf ki, çox-çox yüksəkdir. Ümid edirəm ki, tezliklə bu problemin öhdəsindən gələcəyik. Əgər onlar buna müsbət yanaşsalar, bu gün Türkiyə-Azərbaycan-İran həm avtomobil yolu ilə, həm dəmir yolu ilə bir-birinə inteqrasiya olunar, bəlkə də Pekin-London xətti də açılardı”, - deyə Türkiyə Prezidenti vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
340 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...