Türkiyə gələn həftə faiz dərəcələrini kəskin qaldıra bilər - Financial Times
Türkiyənin Mərkəzi Bankı gələn həftə faiz dərəcələrini kəskin şəkildə 8,5%-dən 17%-ə qaldıra bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə Financial Times yazır.
Bu versiyanın lehinə əsas arqument odur ki, Türkiyə Mərkəzi Bankının rəhbəri hazırda prezident Ərdoğandan fərqli olaraq daha ənənəvi pul siyasətinə meyl edən Hafizə Qayə Ərkandır.
"Financial Times” yazır ki, Ərdoğan bu həftə bir daha bəyan edib ki, o, ölkənin maliyyəsini idarə etmək barədə fikrini dəyişməyib. Bununla belə, o qeyd edib ki, Ərkan və yeni maliyyə naziri Məhmət Şimşək inflyasiyanın təkrəqəmlilərə endirilməsi üçün addımlar atmağa icazə verəcək. Türkiyədə may ayında inflyasiya illik ifadədə 39,59% təşkil edib.
FT yazır ki, Türkiyəni dayanıqlı iqtisadi yola salmaq asan olmayacaq. Sorğuda iştirak edən ekspertlər gələn il lirənin hazırkı rekord minimumdan daha 17% ucuzlaşacağını gözləyirlər.
"İqtisadi dönüşə nail olmaq asan olmayacaq, çünki son bir neçə ildə aparılan pul siyasəti ölkədə əhəmiyyətli anomaliyalar yaradıb”, - "Beynəlxalq maliyyə qrupu”nun baş analitiki bildirib.
379 dəfə oxundu