UNEC-də beynəlxalq təcrübənin öyrənilməsinə dair təlimlər başa çatıb
UNEC “Ümumi fənlərin tədrisinin təşkili departamenti”nin təşkilatçılığı ilə 2 iyun 2023-cü il tarixindən start götürən və 2 həftə boyunca davam edən “UNEC-də qeyri-ixtisas fənlərinin onlayn və ənənəvi tədrisində interaktiv metodların tətbiqində beynəlxalq təcrübənin öyrənilməsi”nə dair təlimlər 16 iyunda Almaniyanın Boxum təlim və təkmilləşdirmə institutunun dosenti, xarici dillərin tədrisi üzrə ekspert Rasim Sadıqovun “İxtisasyönümlü xarici dil dərsinin dörd bacarıq üzrə təşkili” və “B1+ səviyyəsi üzrə imtahan modeli ( Almaniya təcrübəsi)" mövzuları ilə başa çatdı.
Təlimlər zamanı müəllimlər onlayn və ənənəvi məşğələ dərslərində müasir interaktiv metodların tətbiqi, mühazirələrin “Paradoks” metodu ilə keçirilməsi, tələbə biliklərinin Google forms platforması üzərindən yoxlanılması və qiymətləndirilməsi və s. məsələləri mənimsədilər.
Təlimlərin keçirilməsi prosesində xarici ekspertlə yanaşı departament əməkdaşlarından dos. Günay Piriyeva, dos. Mətanət Əmrahova, b/m. Cəmilə Həsənova, b/m. Flora Əkbərova, b/m. Rəna Məhərrəmova da iştirak etmişdilər.
Gələcəkdə də müəllimlərin ümumi metodika ilə bağlı bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində mütəmadi olaraq təlimlərin keçirilməsi nəzərdə tutulur.
383 dəfə oxundu