"Sizin yaratdığınız çirkab gölündə övladlarınız da boğula bilər"
"Yaxşı bir deyim var - özüm yalan danışmağa başlayandan artıq kimsəyə inanmıram. Haqsızlığın-ədalətsizliyin müdafiəçisinə çevrilən, təmənnasız heç bir iş görməyən adamlar ədalətlə-vicdanla yaşamaq uğrunda mübarizə aparmaq istəyən adamlara inanmırlar - mütləq bunun altında da bir təmənnanın yatdığını zənn edirlər".
GUNDEMİNFO.AZ xəbər verir ki, bu barədə iqtisadçı Rövşən Ağayev özünün sosial şəbəkə hesabında yazıb.
"Adını belə tələffüz etməyə dəyməyən media çavuşlarının son günlər öz haqqını arayan insanlar ətrafında yaratmaq istədikləri böhtan-çirkab gölməçəsi insanlarımızın etiraz etdiyi o kimyəvi tullantı gölündən daha böyük zərər verir topluma. Gün gələr o adamlar özləri yaratdıqları o gölməçədə boğularlar. Bəlkə aldığınız imtiyazlardan dolayı özünüzü çox rahat hiss edirsiniz. Əmin olun ki, rifaha, vətəndaş azadlıqlarına, insan ləyaqətinin qorunmasına zəmanət verən sistemlər qurulmadıqca, sizin bugünkü imtiyazlarınızın övladlarınıza miras olaraq keçəcəyinə də zəmanət yoxdur. Yəni, siz bu gün yaratdığınız çirkab gölündə təkcə bizi, bizim övladlarımızı boğa biləcəyinizi düşünməyin. Övladlarınız da orda bizimlə bərabər boğula bilər..."
Qeyd edək ki, Gədəbəyin Söyüdlü kəndinin sakinləri iyunun 20-də kənd ərazisində sianid gölünün salınmasına etiraz ediblər. Onlar qızıl mədəninin tullantıxanası olan sianid gölünün onların sağlamlığına və təsərrüfatına zərər vurduğunu deyir.
Onlardan bəzilərinin polis tərəfindən zorakılığa məruz qalmasını əks etdirən kadrlar yayılıb.
DİN məsələnin araşdırıldığını bildirir.
İyunun 21-də Söyüdlü sakinləri yenidən aksiya keçiriblər və bu dəfə rayon icra hakimiyyətinin başçısı Orxan Mürsəlov da hadisə yerinə gəlib.
Xatırladaq ki, iyunun 21-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun Sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Komissiya yaradılıb.
Ötən gün kəndə girişin məhdudlaşdırıldığı açıqlanıb.
403 dəfə oxundu