Xidmət rəisi: “Cərimə edirik, zibilləri yığırlar, iki gün sonra yenidən eyni vəziyyət olur”

Xidmət rəisi: “Cərimə edirik, zibilləri yığırlar, iki gün sonra yenidən eyni vəziyyət olur”
“Biz bəzi kommunal istismar idarələrini cərimələməyə məcbur oluruq. Cərimə edirik, zibilləri yığırlar, iki gün sonra yenidən eyni vəziyyət olur”.

Oxu.Az xəbər verir ki, bu fikirləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə Baş Prokurorluq və ETSN-in birgə keçirdiyi “Ekologiyanın mühafizəsi” adlı mətbuat konfransında çıxış zamanı deyib.

H.Əlizadə əlavə edib ki, bələdiyyələr onların maddi durumunun bu cəriməni ödəməyə yol vermədiyini deyirlər:
“Onlar başa düşmürlər ki, öz fəaliyyətlərini düzgün təşkil etsələr, müvafiq zibil qutularını ərazilərə uyğun yerləşdirsələr, məişət tullantılarının çeşidlənməsinə ciddi nəzarət edilsə, şəhərdə zibillik olmaz”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
382 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...