Dövlət Gömrük Komitəsində ilginc kadr islahatları

Dövlət Gömrük Komitəsində ilginc kadr islahatları


Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük Hüquqpozmalarına Qarşı Mübarizə Baş İdarəsinə yeni rəis təyin olunub.
DGK-nin Komitənin Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, komitənin Balakən Gömrük İdarəsinin rəisi işləmiş Baba Salayev Baş İdarənin rəhbəri təyin edilib.


Bundan əvvəl Baş İdarənin rəisi işləmiş general-mayor Güloğlan Muradlı isə rəis müavini təyin olunub. Bundan başqa, indiyədək Yevlax Gömrük İdarəsinin Qəbələ Gömrük Postunun rəisi işləmiş Vüqar Qismətov Balakən Gömrük İdarəsinin rəisi olub. V. Qismətovun yerinə isə Sərxan Səfərli gətirilib. Komitədən o da bildirilib ki, bu adi prosedur qaydadır: "Bu, Komitə daxilində adi yerdəyişmədir və mütəmadi olaraq baş verir".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 468 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...