Rusiyada cinsiyyətin dəyişdirilməsi yasaqlandı: Dövlət Duması qanun qəbul etdi

Rusiyada cinsiyyətin dəyişdirilməsi yasaqlandı: Dövlət Duması qanun qəbul etdi

Rusiya Dövlət Dumasının deputatları üçüncü yekun oxunuşda cinsin dəyişdirilməsini qadağan edən qanunu qəbul ediblər.

Qaynarinfo "Kommersant”a istinadla xəbər deputatın hamısı qanunun lehinə səs verib.

Qanuna əsasən, Rusiyada cərrahi müdaxilə və hormon terapiyasına qadağa tətbiq ediləcək. Yalnız istisna anadangəlmə anomaliyaların müalicəsi ilə bağlı tibbi müdaxilə olacaq. Layihə həmçinin sənədlərdə cinsin dəyişdirilməsini qadağan edir.

Artıq cinsini dəyişmiş vətəndaşların övladlığa götürülməsi qadağan ediləcək, onların nikahı da ləğv ediləcək. Həmçinin, transgenderlər onların hamisi və qəyyumları ola bilməyəcəklər.

Bundan əvvəl Dövlət Dumasının spikeri Vyaçeslav Volodin ABŞ-da son 10 ildə transgenderlərin 50 dəfə - 1 milyon 640 min nəfər artdığı statistikaya istinad edib. O, əlavə edib ki, bu, "millətin degenerasiyasına aparan yoldur”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
328 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...