16 milyonluq yeyintidə ittiham olunan Ramin İsayev həbs qərarından narazıdır

16 milyonluq yeyintidə ittiham olunan Ramin İsayev həbs qərarından narazıdır
“SOCAR-AQŞ” MMC-nin sabiq baş direktoru Ramin İsayev barəsindəki həbs qərarından narazıdır.

“Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, bununla bağlı sabiq baş direktor apellyasiya şikayəti verib.

Həmçinin oxuyun: Yelo Bank открыл свой следующий цифровой филиал в Товузе!

R.İsayev birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, məhkəmə zalından sərbəst buraxılmasını xahiş edib.

Bakı Apellyasiya Məhkəməsi şikayəti əsasız sayaraq rədd edib, təqsirləndirilən şəxsin həbsinin davamına qərar verib.

Qeyd edək ki, Ramin İsayev Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb. İş üzrə dəymiş ziyan 16 milyon manat hesablanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
354 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...