Lənkəran Şəhər İcra Hakimiyyəti Limandakı aksiya ilə bağlı açıqlama yayacaq

Lənkəran Şəhər İcra Hakimiyyəti Limandakı aksiya ilə bağlı açıqlama yayacaq


Hazırda Lənkərandakı Liman şəhərində yerli sakinlər qiymətlərin artmasına etiraz olaraq mitinq edərək magistral yolu bağlayıb. Yolda uzun tıxac yaranıb, nəqliyyatın hərəkəti iflic olub.

Yerli sakinlərin verdiyi məlumata görə, Lənkərandan Bakı istiqamətində hərəkət məhdudlaşıb. Əraziyə hüquq mühafizə orqanları cəlb olunub. Lənkəran Şəhər İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun əməkdaşı Bünyad Şahbazov Modern.az saytına məsələ ilə bağlı açıqlama hazırladıqlarını deyib: “Mənim bu barədə informasiya vermək hüququm yoxdur. Məlumat hazırlanır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 207 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...