Bulvar ərazisində gəmi ilə səyahətlər niyə təşkil olunmur? - Rəsmi AÇIQLAMA

Bulvar ərazisində gəmi ilə səyahətlər niyə təşkil olunmur? -
Dənizkənarı Bulvar ərazisində əvvəlki illərin yay aylarında gəmi ilə gəzintilər mövcud idi. Lakin mövsüm açılandan gəmi ilə Bakı buxtasında gəzinti edən gəmi fəaliyyət göstərmir.

Paytaxt sakinlərinin və turistlərin fikirlərindən də aydın olur ki, bu səyahətə tələbat çoxdur. Maraqlıdır, gəmi ilə səyahət niyə təşkil olunmur?

Məsələ ilə bağlı Trend-ə açıqlamasında Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva bildirib ki, Xəzər dənizində suyun səviyyəsi aşağı düşdüyündən gəmilərin fəaliyyəti müvəqqəti dayandırılıb.

“Gəmilərin təhlükə ilə üzləşmə ehtimalı nəzərə alınaraq bu addım atılıb. Gəmilər texniki baxışdan keçiblər və saz vəziyyətdədirlər. Onların fəaliyyət göstərməsiylə bağlı heç bir problem yoxdur”, - deyə Ə. Mehdiyeva qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
344 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...