Rusiyada azərbaycanlı professor həbs edilib - ilginc səbəb

Rusiyada azərbaycanlı professor həbs edilib -
Avqustun 12-də Rusiya gömrükçüləri Moskvanın Vnukovo hava limanında ABŞ Universitetinin əməkdaşı, professor Akif İbrahimovu saxlayıblar.

GUNDEMİNFO.AZ haqqın.az-a istinadən bildirir ki, bu barədə “Baza” teleqram kanalı məlumat yayıb. O, qanunsuz olaraq 100 min dollardan çox pulu Rusiyaya keçirməyə cəhddə ittiham olunur.

Söhbət 71 yaşlı azərbaycanlı Akif İbrahimovdan gedir. Onun şəxsi əşyaları araından bəyan etmədiyi nağd pullar aşkar edilib.

Avqustun 14-də Akif İbrahimov Vnukovun gömrükçüləri tərəfindən polisə təhvil verilib. O, bəyan edilməmiş vəsaitin iki qatına qədər cərimə ilə üzləşə bilər.

Akif İbrahimov Rusiya Elmlər Akademiyasının Neft və Qaz Problemləri İnstitutunun baş elmi işçisi, həmçinin Texas Texnologiya Universitetinin əməkdaşıdır. Müstəntiqlər yaşlı rus alimin əlindən tapılan külli miqdarda valyutanın mənşəyini öyrənmək niyyətindədirlər.

Akif İbrahimov hələ sovet illərində Azərbaycan Dövlət Neft Akademiyasında dosent, sonra Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat İnstitutunda baş elmi işçi vəzifəsində çalışıb. 1987-ci ildən Rusiya Dövlət Neft və Qaz Akademiyasının professorudur. Azərbaycanın müstəqilliyini əldə etdiyi dövrdə isə o, BP-Azerbaijan şirkətində baş mühəndis vəzifəsində çalışıb.

2004-cü ildən bu günə qədər Texas Texnologiya Universitetində professor vəzifəsində çalışır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
407 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...