Bakıda dənizdə batan türkiyəli iş adamı qızını xilas etmək istəyirmiş (TƏFƏRRÜAT)

Bakıda dənizdə batan türkiyəli iş adamı qızını xilas etmək istəyirmiş

Ötən gün Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində suda batan Türkiyə vətəndaşı dörd yaşlı qızını xilas edən zaman boğulub.

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, 1983-cü il təvəllüdlü Süleyman Filizin dörd yaşında qızı suda boğulma təhlükəsi ilə üzləşib. Bu zaman o, suya girib, qızı xilas olsa da, qayalıqlar deyilən ərazidə onun cansız bədəni aşkarlanıb.

S.Filizin meyiti aidiyyəti üzrə təhvil verilib.

Türkiyə vətəndaşının iş adamı olduğu bildirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
368 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...