Azərbaycanda ən çox kasıb bu yerlərdə yaşayır

Azərbaycanda ən çox kasıb bu yerlərdə yaşayır

2022-ci ilin yekunlarına əsasən, Azərbaycanda yoxsulluq səviyyəsi 5,9 faizdən 5,5 faizə düşüb.

Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il yoxsulluq həddi isə 204,7 manatdan 229,6 manata yüksəlib.

2022-ci ildə Azərbaycanda əhalinin orta sayının 10,095 milyon nəfər olduğunu nəzərə alsaq, məlum olur ki, ötən il əhalinin 555 min nəfərdən bir qədər çoxu yoxsul olub.

2021-ci ildə yoxsul əhalinin sayı 590 mindən çox idi.

Son illərdə ən yüksək yoxsulluq səviyyəsi 2020-ci ildə qeydə alınmışdı. Həmin tarixdə əhalinin 6,2 faizi yoxsul vəziyyətində idi. Ölkəmizdə ən aşağı yoxsulluq səviyyəsi isə 2019-cu ildə qeydə alınıb. 2019-cu ildə əhalinin 4,8 faizi yoxsul olub.

2022-ci ildə baş verən mühüm dəyişikliklərdən biri qadınlar arasında yoxsulluğun kişilərə nisbətən daha sürətlə azalmasıdır. Əvvəlki illərdə qadınlar arasında yoxsulluq səviyyəsi kişilərlə müqayisədə daha yüksək olurdu. Amma 2022-ci ildə vəziyyət dəyişib. Ötən ilin nəticələrinə əsasən, kişilər arasında yoxsulluq səviyyəsi 5,9 faizdən 5,6 faizə, qadınlar arasında 6 faizdən 5,1 faizə geriləyib.

Ölkəmizdə ən yüksək yoxsulluq səviyyəsi isə kənd yerlərindədir. Kənd yerlərində son 3 ildə yoxsulluq səviyyəsi yüksəlir. 2020-ci ildə kənd yerlərində yoxsulluq 5,2 faizdən 7,3 faizə yüksəlib. Növbəti illərdə artım davam edib və 2021-ci ildə 7,8 faizə, 2022-ci ildə 8,6 faizə çatıb.

Şəhər yerlərində isə yoxsulluq səviyyəsi 5,3 faizdən 2,9 faizə düşüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
422 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...