Azərbaycanda idxaldan asılılığı azaldacaq yeni istehsal sahəsi fəaliyyətə başlayır

Azərbaycanda idxaldan asılılığı azaldacaq yeni istehsal sahəsi fəaliyyətə başlayır


Azərbaycanda quş və quş əti məhsulları ilə bağlı idxaldan asılılığı azaldacaq yeni broyler təsərrüfatı fəaliyyətə başlayır. “Atropatena Holdinq”in İdarə Heyəti sədrinin köməkçisi Müşviq Hüseynov Trend-ə bildirib ki, holdinq Siyəzəndə broyler fəaliyyətinə başlayıb.

O, qeyd edib ki, hazırda istehsalın başlanması istiqamətində işlər davam etdirilir: “İstehsalda yeni standartlar tətbiq edilir, yeni və müasir avadanlıqlar gətirilib. Yaxın vaxtlarda istehsala başlamaq niyyətindəyik”. M.Hüseynov bildirib ki, istehsalın başlanılması ölkənin quş və quş əti məhsullarına olan tələbatının ödənilməsinə dəstək olacaq və idxaldan asılılığı azaldacaq.

O vurğulayıb ki, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin son iclasında çıxışı zaman yerli məhsulların istehsalının artırılması ilə bağlı səsləndirdiyi fikirlərə uyğun olaraq təmsil etdiyi holdinq bu istiqamətdə öz töhfəsini verməyə çalışır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
901 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...