Bakıda direktor işə qayıtmaq istəyən müəlliməyə icazə vermir?

Bakıda direktor işə qayıtmaq istəyən müəlliməyə icazə vermir?
Bakı şəhərində fəaliyyət göstərən 266 nömrəli tam orta məktəbin direktoru İradə Hüseynovadan şikayət var.

Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

İddia edilib ki, direktor təhsildən anlayışı olmayan şəxsi analıq məzuniyyətində olan müəllimənin yerinə gətirib və sadəcə ikinci siniflər II növbə dərsə gəliblər.

Bildirilib ki, analıq məzuniyyətində olan müəllimə işinin başına qayıtmaq istəsə də, İ.Hüseynova buna icazə verməyib.

Məsələ barədə məktəblə əlaqə saxladıq.
Təhsil ocağından Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2022-2023-cü tədris ilində məktəbin 2 “c” sinif şagirdlərinə dərs deyən müəllimə analıq məzuniyyətində olduğu üçün onu müddətli müqavilə ilə işə qəbul olan başqa müəllimə əvəz edib:

“Qeyd edək ki, artıq analıq məzuniyyətində olan müəllimə işə çıxmaqla bağlı müraciət edib və sentyabr ayından yenidən fəaliyyətə başlayacaq”.

Əlavə edilib ki, 2023-2024-cü dərs ilindən məktəbdə tədrisin təşkili qaydalarına uyğun olaraq, üçüncü siniflər II növbədə dərsə gələcəklər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
386 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...