Rusiya azərbaycanlı jurnalisti 40 min rubl cərimələdi

Rusiya azərbaycanlı jurnalisti 40 min rubl cərimələdi

Moskvanın Savelovski məhkəməsinə azərbaycanlı jurnalist və “Nə? Harada? Nə zaman?” televiziya oyununun iştirakçısı Rövşən Əsgərovu cərimələyib.

Yenisabah.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

O, xarici agentin fəaliyyət qaydalarını pozmaqda ittiham olunur. Məhkəmə Əsgərova 40 min rubl cərimə tətbiq edib.

Əsgərovun işinə Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 19.34-cü maddəsi (xarici agent tərəfindən Rusiya Federasiyasının xarici agentlər haqqında qanunvericiliyində nəzərdə tutulmuş məlumatların səlahiyyətli orqana təqdim edilməməsi) əsasında baxılıb.

Xatırıladaq ki, Rövşən Əsgərov ötən ilin dekabr ayında xarici agentlər siyahısına daxil edilib. Onunla bağlı ötən il Rusiya Federasiyası Cinayət Məcəlləsinin 354.1 (nasizmin reabilitasiyası) maddəsi ilə iş açılıb. Bu maddə üzrə maksimum cəza beş il həbsdir. Daxili İşlər Nazirliyi onu axtarışa verib, məhkəmə isə qiyabi həbs qərarı çıxarıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
417 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...