Rayon rəhbərinin sədrliyi ilə növbəti aparat müşavirəsi keçirilib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun sədrliyi ilə
keçirilən müşavirədə rayon icra hakimiyyəti başçısı aparatının əməkdaşları,
İƏD üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak ediblər.
Müşavirədə rayon rəhbəri əvvəlcə “Heydər Əliyev İli” ilə əlaqədar Tərtər
Rayon İcra Hakimiyyətinin Tədbirlər Planınına uyğun olaraq rayonda keçirilmiş
və keçiriləcək tədbirlər barədə məlumat verib, idarə, müəssisə və təşkilatlarda
Ulu Öndərlə bağlı tədbirlərin il ərzində davam etdiriləcəyini bildirib.
Sonra Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının
icrasının təmin edilməsi, vətəndaş müraciətlərinə müvafiq qanunvericiliyin
tələblərinə uyğun olaraq operativ surətdə baxılaraq vətəndaş
məmnunluğunun təmin olunması, vətəndaş müraciətlərinin Rəqəmsal İcra
Hakimiyyəti Portalı vasitəsilə etmələri barədə maarifləndirmə işinin aparılması,
şəhid və qazi ailələrinin problem və sosial qayğılarının öyrənilib həlli
istiqamətində müvafiq tədbirlərin görülməsi, şöbələr üzrə verilmiş tapşırıqların
icra vəziyyəti, içməli sudan qənaətlə istifadə olunması və əkin sahələrinin
suvarılma suyuna olan təlabatının növbəlilik əsasında təşkili, növbəti əkin ili
üçün pambıq və çüğundur əkiləcək sahələr müəyyənləşdirərkən əsasən
sututan ərazilərdən istifadə edilməsi, İƏD üzrə nümayəndələr tərəfindən
sakinlər arasında əmlaklarının sığortalanması, bələdiyyə rüsumlarının
vaxtında yığılması ilə əlaqədar maarifləndirmə işlərinin aparılması,
soydaşlarımızın haqq səsinin bütün dünyaya çatdırılması üçün Qərbi
Azərbaycan İcmasının sosial şəbəkə ünvanlarını izlənilməsi və paylaşılması
üçün əhali arasında təbliğat işlərinin aparılması, rayon ərazisində aparılan
tikinti işlərinin mövcud qanunvericiliyin və şəhərsalma-arxitektura tələblərinə
uyğun təmin edilməsi,bütün yaşayış məntəqələrində, yolkənarı ərazilərdə,
şəhid abidələrinin ətrafında təmizlik-abadlıq işlərinin görülməsi, aqrar sahədə
aparılan mövsümi işlər-əsasəndə pambığın, çuğundurun suvarılması və
becərilməsi və digər məsələləri müzakirə olunub.
Müzakirə olunan məsələlər barədə başçının birinci müavini Elvin Umudov
çıxış edib.
Rayon rəhbəri tərəfindən müzakirə olunan məsələlər barədə müvafiq tapşırıq
və tövsiyələr verilib.
469 dəfə oxundu