Tərtərli şəhid ailələrinin üzvləri və Vətən müharibəsi əlilləri müalicə və istirahət üçün Naftalan şəhərinə yola salınıb

Tərtərli  şəhid ailələrinin üzvləri  və  Vətən müharibəsi əlilləri  müalicə  və istirahət üçün Naftalan şəhərinə yola salınıb


Sentyabrın 5-də Tərtər Rayon İcra Hakimiyyətinin və Naftalan şəhər İcra
Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayondan olan 18 nəfər şəhid ailəsi və
14 nəfər Vətən müharibəsi əlili müalicə və istirahət üçün Naftalan şəhərində
yerləşən “Gold Naftalan” MMC Müalicə və Sağlamlıq Mərkəzinə yola
salınıb. Onların müalicə və sağlamlıq mərkəzində müalicə kursu qəbul
etmələri və istirahətləri təmin olunacaq.
Yolasalma mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı
Müstəqim Məmmədov da iştirak edib.
Naftalan şəhərinə yola salınan şəhid ailələri və Vətən müharibəsi əlilləri ilə
görüşən rayon rəhbəri Müzəffər Ali Baş Komandanİlham Əliyevinrəhbərliyi
ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi
qələbədən, şanlı Zəfər tarixi yazan vətən oğullarının qəhrəmanlığından,
Silahlı Qüvvələrimizin misilsiz rəşadətindən, hərbçilərimizin
əzmkarlığından, vahid dövlət-ordu-xalq birliyindən danışıb, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci Vitse-prezident
Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən
diqqət və qayğını dilə gətirib. Bildirib ki, ölkəmizdə şəhid ailələrinə və
qazilərə göstərilən diqqət və qayğı dövlət siyasətinin prioritet
məsələlərindən biridir. Mütamadi olaraq şəhid və qazi ailələri ilə keçirilən
görüşlərdə onların qayğıları, qarşılaşdıqları problemlər araşdırılır və yerində
həll olunur. Bu istiqamətdə Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən şəhid
və qazi ailələrinə dəstək üçün ardıcıl olaraq sosial layihələr həyata keçirilir.
Bu gün 18 nəfər şəhid ailəsinin üzvünün və 14 nəfər Vətən müharibəsi
əliliinin Naftalan şəhərinə müalicə və istirahət üçün göndərilməsi bunun
bariz nümunəsidir.
Tədbirdə iştirak edən şəhid ailələri və Vətən müharibəsi əlilləri onlara dövlət
səviyyəsində göstərilən diqqət və qayğıya görə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident
Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Sonda şəhid ailələri və Vətən müharibəsi əlilləri rayon rəhbəri ilə birlikdə
xatirə şəkli çəkdirərək Naftalan şəhərinə yola salınıb.
Naftalan şəhər İcra Hakimiyyətinin və “Gold Naftalan” MMC-nin
əməkdaşları tərəfindən qarşılanan qonaqlar müalicə və sağlamlıq
mərkəzində onlar üçün ayrılmış xüsusi otaqlarda yerləşdirilmişdir.

Tərtərli  şəhid ailələrinin üzvləri  və  Vətən müharibəsi əlilləri  müalicə  və istirahət üçün Naftalan şəhərinə yola salınıb
Tərtərli  şəhid ailələrinin üzvləri  və  Vətən müharibəsi əlilləri  müalicə  və istirahət üçün Naftalan şəhərinə yola salınıb



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 145 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...