Azər Türk Bankın ödəniş kartları - rahatlığın və təhlükəsizliyin təminatı
Azər Türk Bank fərdi müştərilərinə “MasterCard” şirkətinin ödəmə kartlarını təklif edir.
Dövrümüzün ən rahat və güvənli ödəniş vasitəsi olan bu kartlar müştərilərə günün istənilən saatında, internetə çıxış olmadan müxtəlif bank əməliyyatlarını həyata keçirmək, bank filialına getmədən hesabını mobil telefonla nəzarətdə saxlamaq, ən qısa zamanda bank hesabı ilə bağlı məlumat əldə etmək, müxtəlif çeşidli bank əməliyyatlarını həyata keçirmək, elektron ödənişlərini tam təhlükəsiz bir şəkildə yerinə yetirmək üstünlükləri verir.
Müştərilər Azər Türk Bankın ödəniş kartlarına sahib olmaqla həm elektron bank xidmətlərinin yaratdığı bütün imkanlardan istifadə edə, həm də Bankın “Card to Card Transfer”, “Сash In”, “Cash To Any Card”, “POS Credit”, “SMS Bildiriş”, “PIN Change”, “Internet Banking”, “MobilBank” və müxtəlif onlayn ödəmə xidmətlərindən rahat şəkildə faydalana bilərlər. Həmçinin ölkədə ən böyük bankomat şəbəkəsinə malik olan Azərbaycan Beynəlxalq Bankının bankomatları Azər Türk Bankın kart sahiblərinə Azər Türk Bankın öz bankomatlarındakı tariflərlə xidmət göstərir. Azər Türk Bankın ödəmə kartlarına sahib olmaq istəyən şəxslər bankın istənilən filialına müraciət edə bilər, yaxud www.azerturkbank.az saytı vasitəsilə online qaydada debit və kredit kartları sifariş edə bilərlər.
1995-ci ildən fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur. Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatları www.azerturkbank.az saytından, bankın sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.
1 120 dəfə oxundu