Messi ilə ailəvi dostluq edən azərbaycanlı Adnan Əhmədzadə kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi, məşhur futbolçu Lionel Messi şəxsi sosial media hesabında azərbaycanlı iş adamı Adnan Əhmədzadə ilə ailəvi şəklini paylaşıb. Qeyd edək ki, futbolçunun bu paylaşımı sosial şəbəkədə böyük maraq doğurub və paylaşıma 1 saat ərzində 2 milyon "like" gəlib.
GUNDEMİNFO.AZ musavat.com-a istinadla oxucuların marağını nəzərə alaraq həmin iş adamı haqqında məlumatları təqdim edir:
Adnan Əhmədzadə 24 yanvar 1978-ci ildə anadan olub. O, 1998-2005-ci illərdə SOCAR-ın Xarici İqtisadi Əlaqələr İdarəsində (2003-cü ildən Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi) İxrac əməliyyatları idarəsində ekspert vəzifəsində çalışıb. 2005-2006-cı illərdə "Azərtrans" MMC-nin baş direktoru, 2006-2019-cu illərdə isə SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində müxtəlif vəzifələrdə çalışıb.
A.Əhmədzadə 2018-ci ildə SOCAR Trading-in icraçı direktoru, 2019-cu ildə isə investisiyalar və marketinq üzrə vitse-prezidentinin müavini vəzifəsinə təyin edilib.
2023-cü ildən ABDA Invest Holding-in təsisçisi və sədridir. 2023-cü ildən isə Azərbaycan Koşiki Karate-do Federasiyasının fəxri prezidentidir.
Ailəlidir, dörd övladı var.
467 dəfə oxundu