Dövlətə 50 minə yaxın borcu olan klinika 5 min manat cərimələnə bilər
“Atlas Medical Center” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində vergilərin, rüsumlarin ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.
Qaynarinfo-nun məlumatına görə, xəstəxana barəsində protokol İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə (İcbari sığorta müqaviləsinin bağlanmaması) irəli sürülüb.
469.2-ci maddədə göstərilir ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər 500 manat, vəzifəli şəxslər 1 500 manat, hüquqi şəxslər 5 000 manat məbləğində cərimə edilir.
İşə Nərimanov Rayon Məhkəməsində baxılır. İddia hakim Xalidə Əlisoy sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, “Atlas Tibb Mərkəzi” adı altında fəliyyət göstərən MMC-nin qanuni təmsilçisi Əliyev Fərhad Ənvər oğludur. Şirkətin hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 48881.49 manat vergi borcu yaranıb.
407 dəfə oxundu