Novella Cəfəroğlu: “İki nəvəm hərbçi, oğlum isə həkim kimi İsraildə müharibədə iştirak edir”

Novella Cəfəroğlu: “İki nəvəm hərbçi, oğlum isə həkim kimi İsraildə müharibədə iştirak edir”
“Həmişə demişəm, yenə də deyirəm ki, ölkəmizin çətin günlərində kim yanımızda olub, müharibədə kim dəstək göstərib, kömək edibsə, biz onların yanındayıq. Baxın, ermənilər sosial şəbəkələrdə nələr paylaşırlar, İranda Fələstin bayrağı ilə küçələrdə gəzirlər. Qarabağ savaşında bizə dəstək olmayan, kömək etməyən heç bir dövlətin yanında deyiləm. Görürəm ki, Azərbaycan dövləti də hələlik özünü neytral aparır. Müharibənin qanunları var. Müharibəni əsgərlərlə aparmalısan. İslamı o qədər biabır ediblər ki. “Allahu-əkbər” deyib, qadınları, qocaları, mülki camaatı öldürmək, uşaqları it qəfəsinə salmaq, insanlara işgəncə vermək, onların şəkillərini çəkib paylaşmaq... Bütün bunlar mənə o qədər pis təsir edir ki. Axı buna bütün dünya baxır. Sənin nə ixtiyarın var ki, islamı, müsəlmanlığı belə biabır edəsən? Sən bomba atırsan, o, bomba atır - bunu başa düşdük. Qarşılıqlı müharibə aparırsınız, amma insanlarla belə rəftar etmələrini heç vaxt bağışlamaram. Ermənilərin tərəfində duran, onları dəstəkləyən həmin Mahmud Abbasdır da, erməni keşişləri ilə öpüşən...”

Bu sözləri Pravda.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

O bildirib ki, Azərbaycan dövləti İsraillə Fələstin arasında körpü ola bilər:
“Başa düşürəm, Fələstində də insanlar həlak olurlar, amma müharibədə özünü kişi kimi göstər ki, sən müharibə aparırsan. İstəyərdim ki, bizim dövlətimiz Fələstin və İsrail arasında bir körpü qoysun, məhz bizim dövlətimiz. Bu gün İlham Əliyevin imkanları hamıdan çoxdur. Onlarla danışıqlara getsin, bir araya gətirsin ki, hansısa müqavilə ilə müharibəni saxlasınlar. Bircə bunu istəyərdim, çünki iki nəvəm hərbçi kimi, oğlum isə həkim kimi müharibədədir. Bomba atırlar, yoldaşları, uşaqları qaçırlar. Hər gün danışırıq, amma vəziyyət pis olaraq qalır. İsraildə təkcə ailəm olduğu üçün yox, həm də Fələstinin faşistliyini gördüyüm üçün İsrailin tərəfindəyəm. Bizdən İsrailə dəstək lazımdır. Çünki ən çətin günlərimizdə İsrail gəlib “mənim” yanımda durdu, bizə dəstək oldu, Fələstin yox...”



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
425 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...