Füzuli sakini: “Doğma yurdumuza qayıtmağımıza çox şadıq”

Füzuli sakini: “Doğma yurdumuza qayıtmağımıza çox şadıq”
“Doğma yurdumuza qayıtmağımıza çox şadıq”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində keçmiş məcburi köçkün, Füzuli sakin Nazilə Əliyeva deyib.

Keçmiş məcburi köçkün qeyd edib ki, hazırda Füzulidə sakinlər üçün hər cür şərait yaradılıb.

“Allah Prezidentimiz İlham Əliyevə uzun ömür bəxş etsin. Hamımız sevinc içindəyik. Allah torpaqlarımız uğrunda canını verən şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin.

Füzulidə çox gözəl şərait yaradılıb. Evlər rahatdır, isti su, işıq var”, - o əlavə edib.

Qeyd edək ki, oktyabrın 12-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 21 ailə - 88 nəfər köçürülüb.

Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bununla da Füzuli şəhərində 208 ailə, yəni 749 nəfərin daimi məskunlaşması təmin edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
402 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...