Xalq artistinin polkovnik oğlu gömrükdəki işindən çıxarıldı

Xalq artistinin polkovnik oğlu gömrükdəki işindən çıxarıldı
Xalq artisti, “Şöhrət” ordenli mərhum Ağaxan Abdullayevin oğlu Xoşbəxt Abdullayev Gömrük Komitəsindəki vəzifəsindən kənarlaşdırılıb.

Bakupost.az xəbər verir ki, o, işdə verdiyi nöqsana görə əvvəlcə töhmət alıb, sonra isə pensiyaya göndərilib. Gömrük polkovniki rütbəsini daşıyan Xoşbəxt Abdullayev uzun müddət Gömrük Komitəsinin baş inspektoru vəzifəsində çalışıb.

Qeyd edək ki, X.Abdullayev 90-cı illərdə müğənni kimi tanınıb. Həmin dövrdə bir neçə məşhur mahnıların müəllifi olub. Sonradan səhnədən uzaqlaşaraq, gömrük sistemində işə başlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
420 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...