Tərtər Rayon İcra Hakimiyyətində könüllülərə sertifikatlar təqdim olunub

Tərtər Rayon İcra Hakimiyyətində könüllülərə sertifikatlar təqdim olunub
Okyabrın 13-də Tərtər rayon İcra Hakimiyyətində fəaliyyət göstərən könüllülər ilə görüş keçirilib. Görüşdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov könüllü gəncləri təbrik edərək, könüllüllük hərəkatının əhəmiyyətindən danışıb, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, dövlət orqanlarında gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində onların fəal iştirakına şərait yaratmaq, peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, gənclərin yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və könüllülük hərəkatını inkişaf etdirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirməklə ölkədə gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edildiyini bildirib.
Rayon rəhbəri ölkə başçısı cənab İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq gənclər üçün geniş şəkildə proqramlar icra olunduğunu, gənclər siyasətinin uğurla davam etdirildiyini, Azərbaycan gənclərinin Respublika prezidenti ətrafında sıx birləşdiyini və könüllülərimizin fəaliyyətinin çox önəmli olduğunu qeyd edib.
Bu gün ölkəmizdə keçirilən beynəlxalq tədbirləri, dünya və Avropa miqyaslı idman yarışlarını könüllülərsiz təsəvvür etmək mümkün olmadığını bildirİb. Qeyd olunub ki, könüllülərin fəaliyyətinə qoşulmuş 21 nəfər gəncdən artıq 8 nəfəri Tərtər rayon İcra Hakimiyyətində, 1 nəfər isə YAP rayon təşkilatında müvafiq işlə təmin olunub.
Görüşdə çıxış edən könüllü gənclər Sonaxanım Paşazadə, İlkin Quliyev və Kənan Sultanlı yaradılan şəraitə, onlara göstərilən xüsusi qiqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər.
Tərtər rayon könüllülər qrupunda fəaliyyətə qoşulmuş və könüllü kimi 2 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran 3 nəfər gəncə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərəfindən xüsusi sertifikatlar təqdim edilib və 1 nəfər könüllü gənclə yeni müqavilə bağlanıb.
Tərtər Rayon İcra Hakimiyyətində könüllülərə sertifikatlar təqdim olunub



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
455 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...