Abşeron şəhidllərinin ildönümləri qeyd olunur - Fotolar
Xalqımızın düşmən üzərində şanlı qələbə qazandığı Vətən müharibəsindən artıq 3 il ötür.
Gundeminfo.az xəbər verir ki, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan abşeronlu igidlərin bu günlərdə ildönümləri qeyd olunur.
İldönümlərində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, Abşeron RİH yanında İctimai Şuranın sədri, şəhid ailələri, vətən müharibəsi iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.
Rayon rəhbərliyi şəhidlərimizin məzarlarını ziyarət edib, ruhlarına dualar oxunub, şəhidlərimizin ailələri ilə görüşərək onların qayğıları və problemləri ilə maraqlanıb.
Qeyd edək ki, RİH rəhbərliyi tərəfindən şəhid ailələri mütamadi şəkildə yad edilir və onlarla müxtəlif formalarda görüşlər keçirilir. Şəhidlərin ildünümləri ilə yanaşı onların yubileyləri və övladlarının doğum günləri də qeyd olunur. O cümlədən Vətən müharibəsində böyük igidlik göstərmiş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətənə xidmətə gorə”, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunan şəhid baş leytenant İlqar Vəliyevin 50 illik yubileyinə həsr olunan tədbir keçirilib.
Keçirilən görüşlərdə bildirilib ki, Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində bölgədə yeni sülh mühiti formalaşıb. Azərbaycanın bütün səylərinin mehriban qonşuluq və beynəlxalq hüququn prinsiplərinə söykəndiyi qeyd edilərək işğaldan azad olunan torpaqlarda həyatın gündən-günə canlandığı, rayon və kəndlərimizin bir-birinin ardınca yenidən qurulduğu vurğulanıb.
Şəhid ailələri hər zaman onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Şəhidlərin xatirəsinin əziz tutulmasını, daim yad olunmasını bütün şəhid ailələrinə olan hörmət və ehtiramın, qayğının bariz nümunəsi kimi qiymətləndiriblər.
347 dəfə oxundu