Azərbaycanda daha 249 nəfər COVID-19-a yoluxdu

Azərbaycanda daha 249 nəfər COVID-19-a yoluxdu
Azərbaycanda son 1 həftə ərzində (03-15 oktyabr) koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan GUNDEMİNFO.AZ-a verilən məlumata görə, həmin müddətdə infeksiyaya 249 yeni yoluxma faktı qeydə alınıb.

COVID-19-a yoluxan 362 nəfər sağalıb. Həftə ərzində ölüm sayı 10 nəfərdir.

İndiyədək ölkədə ümumilikdə 833 799 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 823 205 nəfər müalicə olunaraq sağalıb, hazırda 247 aktiv xəstə var. Bu günə qədər 10 347 nəfər vəfat edib.

Məlumata görə, son həftə ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 007, bu günə qədər isə ümumilikdə 7 696 360 test icra olunub.

Eyni zamanda, ölkədə son həftə ərzində vaksin vurulmayıb.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 969 897 olub.


Azərbaycanda daha 249 nəfər COVID-19-a yoluxdu



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
448 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...