Qarşıdakı aylarda bu məhsullar kəskin bahalaşacaq – Ekspert

Əhali arasında ətin qiymətinin bahalaşması ilə bağlı fikirlər səsləndirilir. Bir müddət əvvəl sümüksüz ətin kiloqramını 16 manata alsalar da, hazırda bu qiymətin 18 manat olduğunu bildirirlər.

Ətin qiymətinin durmadan artmasının səbəbi nədir? Buna gətirib çıxaran amillər hansılardır?
Qarşıdakı aylarda bu məhsullar kəskin bahalaşacaq –

Daha hansı ərzaqların qiymətində artım gözlənilir?

Gundeminfo.az xəbər verir ki, mövzu ilə bağlı redaktor.az–a danışan iqtisadçı ekspert Eyyub Kərimli dedi ki, hazırda ölkədə iri buynuzlu heyvanların sayında azalma müşahidə olunur.

“Bunun bir neçə səbəb var. Mövsüm ilə əlaqədar təbii yemin sahəsinin azalması ilə iri buynuzlu heyvanları ətliyyə verirlər, yəni satışa çıxarırlar. İdxalın qiymətinin artması da öz təsirlərini göstərir. Amma hesab edirəm ki, rəqabət mühitində qiymətlər müxtəlif formada formalaşa bilər. İndi elə yer var sümüksüz ət 18, elə yer də var 16 manata satılır. Qarşıdakı aylarda bayramlar gəlir, bizim sahibkarlar bayram öncəsi qiymətlərin artırılmasına gedirlər. Tələbat artıqdır və bu tələbatın ödənilməsində təklifin azalması qiymət artımına təsir göstərir.

Bu baxımdan hesab edirəm ki, qarşıdan gələn aylarda da müəyyən qiymət artımı müşahidə edəcəyik. Bununla bağlı əlbəttə ki, yaxşı olar ki, heyvandarlığın inkişafına daha böyük dəstək göstərilsin və əsas örüş yerlərinin artırılması, yeni sahələrin böyüməsinə ehtiyac var. Bu baxımdan düşünürəm ki, bununla bağlı müvafiq proqramlar həyata keçirilməlidir”.

Ekspert vurğuladı ki, mövsüm ilə əlaqədar ərzaq qiymətlərində müəyyən dəyişikliklər olacaq:

“Çünki qış gəlir. Təbii və digər tərəvəzlərin becərilməsində sözsüz ki, azalmalar olur. Qarşıdakı aylarda əsasən bayram günləri çoxdur. Bu da əlbəttə ki, müəyyən qiymət artımına səbəb ola bilər”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
396 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...